Accessibility links

Azərbaycan Beynəlxalq Bankı Nyu-York məhkəməsinə müraciət edib


Beynəlxalq Bank
Beynəlxalq Bank

Azərbaycan Beynəlxalq Bankı, ölkənin iri kreditoru 3,3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına nail olmaq üçün mayın 11-də Nyu-Yorkda müflisləşmə ilə bağlı məhkəməyə müraciət edib, Wall Street Journal bildirib.

Neftin qiymətinin kəskin enməsindən və valyuta məzənnələrinin dəyişməsindən ziyan çəkən Azərbaycan bankı Amerika məhkəməsində müdafiə olunmaq istəyir.

Məhkəmə təqdir edərsə, bank ABŞ qanunvericiliyində nəzərdə tutulan müdafiə

tədbirlərindən yararlana bilər.

Bu tədbirlər kreditorların məhkəmə iddialarının dayandırılmasına və digər iradlarının qarşısının alınmasına inkan verir.

Apreldə Azərbaycanda rəsmi restrukturizasiya prosesi başlayıb. Əsasən Azərbaycan hökumətinə məxsus olan bank son illər ciddi zərərə məruz qaldığını bildirib.

"Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının maliyyə və kapital vəziyyətinin pis olduğunu qeyd edir", -maliyyə naziri Samr Şərifov bildirib.

Beynəlxalq Bank müntəzəm olaraq ABŞ-da dörd müxbir hesabından istifadə edir ki, bunlar da hazırda 50 mln. dollara yaxın vəsaitə malikdir. "Həmin hesablara girişin itirilməsi banka dollarla tranzaksiya keçirməyə imkan verməz. Bu, onun əsas müştəriləri ilə münasibətlərinə ciddi ziyan vuracaq, işgüzar reputasiyasını pozacaq, bankın öz fəaliyyətini davam etdirməsinə təhlükə yaradacaq",- məhkəməyə müraciətdə deyilir.

Məhkəmə dinləmələri iyunun 7-nə təyin edib.

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanda 36 filialı, 1800 əməkdaşı var.

Bankın ən azı 2,3 mlrd. dollar borcu və Dövlət Neft Fondundan 1 mlrd. dollar depoziti var.

Martda bank iri kreditor Cargill Financial Services International Inc. -ə 715 mln. dollar həcmində kreditə görə ödəniş etməyib.

2016-cı ilin iyun ayına olan vəziyyətə görə, bankın aktivləri 8,3 mlrd. dollara yaxın olub, müştərilərin hesabları da daxil olmaqla, öhdəliklərin ümumi məbləği 8 mlrd. dollar təşkil edib.

Öz növbəsində, Bankın mətbuat xidmətindən APA agentliyinə bildiriblər ki, Nyu-York Məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) müraciətini icraarta götürüb və müraciət əsasında mayın 12-də ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, bu qərar məhkəmənin yekun qərarına qədər qüvvədə olacaq. Dinləmələrdən sonra məhkəmə bankın müraciəti ilə bağlı yekun qərar qəbul edəcək.

"Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı bankın maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. ABB xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət etdi. Bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir", ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.


XS
SM
MD
LG