Accessibility links

Onlar dövlətə xəyanət, xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham olunur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, qaçaqmalçılıqda və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan və İran vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

APA agentliyinin məlumatına görə, hökmə əsasən Azərbaycan vətəndaşı Samir Həsənov 13 il, İran vətəndaşı Hangah Rauf Kərimli 15 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Samir Həsənov və Hangah Rauf Kərimli Azərbaycan Cinayət Məcəlləsinin 247-ci (dövlətə xəyanət), 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.
XS
SM
MD
LG