Accessibility links

Məhkəmənin Zimmerman barədə çıxardığı hökm etirazlara yol açıb


ABŞ-ın Florida ştatında Münsiflər Məhkəməsi atışmada şübhəlisi Corc Zimmermanı qara dərili yeniyetmə Trayvon Martinin ölümündə qatil qismində günahkar tanımayıb.

6 qadından ibarət məhkəmə heyəti dünən axşam saatlarda irqi zəmində irəli sürülən bütün ittihamlarda Zimmermana bəraət qazandırıb. Zimmermanın atası ağ amerikalı, anası isə Latın Amerikalıdır. 17 yaşlı Martinin tərəfdarları Zimmermana qarşı irqi zəmində qətl ittihamları irəli sürmüşdü.

Hökm oxunandan dərhal sonra Zimmermanın ailə üzvləri də daxil olmaqla bütün tərəfdarları sosial şəbəkələrdə qərara etirazlarını bildirib. Məhkəmə zalının qarşısında da tərəfdarlar dinc şəkildə hökmə etiraz edib. Məhkəmənin keçirildiyi Sanford şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Floridadan başlayan gözlənilməz etirazlar minlərlə kilometr aralıdakı San Fransisko da daxil olmaqla bir neçə şəhərə yayılıb.

Aksiyaların dinc olmasına baxmayaraq kiçik insidentlər yaşanıb, bir neçə şüşə sındırılıb və kiçik yanğınlar qeydə alınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG