Accessibility links

Qurban Məmmədov: Elşad Babayevin işgəncə verilərək öldürülməsi bir faktdır [Video-Müsahibə]


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mətbuat xidməti isə Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdimədiyini deyir

Hüquqşünas, keçmiş siyasi məhbus Qurban Məmmədov Qaradağ rayonu, 14 saylı cəzaçəkmə müəssəsində məhkum olaraq cəza çəkib.

Dekabrın 30-da hüquqşünas əfv olunub. Qurban Məmmədov dekabrın 22-də cəzaçəkmə müəssisəsində baş berənlər barədə Amerikanın Səsinə danışıb.

Amerikanın Səsi: Qurban bəy siz siyasi məhbus kimi 14 saylı cəzaçəkmə müəssisəsindəcəza çəkmisiniz. Bir müddət əvvəl orada etirazların baş verdiyi deyilir. Əslində nə baş verib?

Çünki hər bir dustaq buna özünün gələcək taleyi kimi baxırdı.

Qurban Məmmədov: 22 dekabrda bir dustağı vəhşicəsinə döyüb öldürdülər orada. Elə həmin gün səhər saat 9-da radələrində məhbuslar arasında bu barədə məlumat yayıldı. Hiss olunurdu artıq bu, dustaqlar arasında. Çünki hər bir dustaq buna özünün gələcək taleyi kimi baxırdı. Hər bir adam onun yerində ola bilər. Ondan sonra da belə hadisələrin baş verməsi istisna deyil. Ona görə dustaqlar heç bir məlumat ala bilmədiklərinə görə, rəhbərlikdən heç biri bu barədə məlumat vermədiklərinə görə narahat oldular. Və görünür kimlərsə əsəblərini cilovlaya bilmədi. Hardasa saat 10-a qalmış 100 -150 nəfər dustaq hərəkətə gəldi. Növbətçi hissəyə hücum elədilər. Şüşələri qırdılar. Çox təəssüf ki, bir qədər də uzağa gedib bəzi növbətçilərə, zabitlərə fiziki təzyiqlər göstərdilər.

Əlbəttə ilk baxışda məhbusların bu hərəkəti qanunsuz hərəktdir. Bu hərəkətdə Cinayət Məcəlləsinin 317-ci maddəsinin (cəzaçəkmə müəsissələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozmaq) tərkib hissəsi var. Amma nəzərə alanda ki, məhbusları bu addımı atmağa məcbur edən nədir, bu hərəkətin motivi nədir, onda burada məhbusların heç bir günahı yoxdur. Çünki hər bir məhbus öz gələcəyi kimi, öz həyatına potensial təhlükənin ola biləcəyini nəzərə alaraq , bu məsələyə qoşulmuşdu.

Hər halda Elşad Babayevin öldürülməsi və işgəncə verilərək öldürülməsi bir faktdır. Bunu heç bir halda gizlətmək mümkün deyil.

Amerikanın Səsi : Elşad Babayevin bacısı mətbuata bildirib ki, qardaşı cəzaçəkmə müəssisəsində öldürülüb. Bu barədə nə deyə bilərsiniz? Doğurdanmı belə hadisə olub? Əgər olubsa səbəb nə idi? Kim idi onlar?

Amma dövlət öz vətəndaşına sahb çıxmalıdır.

Qurban Məmmədov: Orada belə bir hadisə baş vermişdi. Orada bir çayxana var. Elşad Babayev çayxananı işlədən dustağa yaxınlaşıb meyvə verib ki, onu soyub stola gətirsin. Həmin dustaq buna əməl etməyib. Bu zaman aralarında mübahisə düşüb. Guya Elşad Babayev onu təhqir edib. O, da gedib xəbər veribdir növbətçi hissəyə. Buna görə də növbətçi hissədən çağırıblar, ona dərs vermək adıyla. Bu da onlara cavab qaytarıb. Onlar da bunun nəticəsində başlayıblar döyməyə. Onun çığırtı bağırtılarını eşidən dustaqlar da var. Onu vəhşicəsinə döyərək öldürüblər. Burada deyirlər ki, o xəstəlikdən ölübdür. Bunu sübut eləmək çətin deyil. O, 14 saylı cəzaçəkmə müəssisəsinə daxil olanda mütləq tibbi müayinədən keçirilir. Nə xəstəliyi var qeydə alınır. İndi onlar çalışırlar ki, həmin məhbusun yanında olan başqa məhbuslardan da izahatlar alsınlar. Artıq alıblar, eşitdiyimə görə. Guya onu döyən və ya söyən olmayıbdır. Təbii mən o, izahat verən məhbusları başa düşürəm. Onların həyatı təhlükədədir. Bu dəqiqə onların girovluqlarındadır. Ona görə məhbuslar hər cürə ifadə verə bilərlər. Amma dövlət öz vətəndaşına sahb çıxmalıdır.

Ona görə hesab edirəm ki, orada çox böyük qanunsuzluqlar baş veribdir. Ondan sonrakı hadisələr daha dəhşətli olub. 22 dekabrda məhbuslar bir məhbus yoldaşı ilə bağlı etiraz etdilər. Etiraz nə idi.?

Onlar Elşad Babayevin qatillərinin cəzalandırılmasını tələb edirdilər.

Onlar tələb etmirdilər orada "vorobskoy" qanun qoyulsun. Yemək artırılsın. Əlavə güzəşt olunsun, yox. Onlar Elşad Babayevin qatillərinin cəzalandırılmasını tələb edirdilər.

25-də gecə 26-na keçən gecə saat 5-də şəxsən mən durmuşam namaza, yerimi yığmışam. Çölə çıxanda 05.40-da hücub ediblər bizim baraka. İlk çıxan mən olmuşam bizim barakdan. Görmüşəm ki, mənə qədər 1-ci, 2-ci barakın dustaqları yerdə uzadılıb dubinka ilə döyülüb, söyülüb təhqir ediliblər. Hava qaranlıq, hər yer it , əsgər, qışqırtı səsləri qarışıb bir- birinə.Ona görə də hesab edirəm ki, hakimiyyət orqanları, Baş prokurorluq bu məsələyə ciddi yanaşmalıdır. Təbii ki, istənilən qanunsuzluqlara qarşı dövlətin zor işlətmək hüququ var, amma bu zor həddi aşmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, baş verən qanunsuzluqları aradan qaldırmaq üçün ondan artıq cəza törətmək dəyər və ya dəyməz.

Ona görə hesab edirəm ki, bu çox yalnış oldu. Orada bu dəqiqə xeyli adam yaralıdır .Başı dağılan, qolu, ayağı sınan, 11 nəfər dustağın taleyi də qeyri müəyyəndir. Onlar arasında mənə ərəb dilini öyrədən siyasi məhbuslardan Araz Quliyev, onunla birlikdə namaz qılan uşaqlar var orada. O qədər vəhşicəsinə döyüblər ki, onları mən inanmıram ki, daxili orqanları salamat qalsın.

Amerikanın səsi: Yerli mətbuatda bu cəzaçəkmə müəssisəsində belə hadisələrin olduğunu yazırlar. Sizcə belə situasiyaların qarşısını almaq üçün nə edilməlidir?

Qurban Məmmədov: Əvvəla deyim ki, 14 saylı cəzaçəkmə müəssisəsi 1953-də inşa edilib. O cəzaçəkmə müəssisəsi ilk növbədə siyasi məhbusların, təhlükəli cinayətkarların fiziki cəhətdən məhv edilməsi və yolxucu xəstəliklərə tutulması üçün nəzərdə tutualn cəzaçəkmə müəssisəsidir.

Onlar Elşad Babayevin qatillərinin cəzalandırılmasını tələb edirdilər.

Ona görə islahat aparılmalıdır. Mümkün qədər bu cəzaçəkmə müəssisələri ictimiayyət üçün, ictimai nəzarət üçün açıq olmalıdır.

Öz növbəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov jurnalistlərə açıqlamasında bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”, o bildirib.

XS
SM
MD
LG