Accessibility links

Mehman Əliyev: Azərbaycan elektrik və istilik enerjisinin istehsalında mazutun çəkisini artırır [Video-Müsahibə]


Turan agentliyinin direktorunun Amerikanın Səsinə müsahibəsi

Fevralın 23-də Azərbaycan Tarif Şurası soba mazutunun qiymətini 300 manatdan 100 manata endirib.

“Səbəb barədə məlumat verilmir, amma statistik məlumat və istilik vermə mövsümünün təxirə salınması göstərir ki, hökumət elektrik enerjisi və istilik istehsalında qazı ucuz mazutla əvəvz etmək istəyir”, bu barədə Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib.

2014-cü ildə Azərbaycan 200 min ton mazut istehsal edib. Bu, Rusiyadakından (78 mln ton) xeyli azdır.

Onun sözlərinə görə, Azərbaycan bu ilin yazından başlayaraq neft məhsulları və mazutun ixracını azaldıb. “Əgər apreldə 126,4 min ton ixrac olubsa, mayda bu göstərici 109,3 min ton təşkil edib. 2014-cü ildə Azərbaycan 200 min ton mazut istehsal edib. Bu, Rusiyadakından (78 mln ton) xeyli azdır”.

Statistika göstərir ki, Azərbaycan mazut idxalını kəskin artırıb.

“2015-ci ilin yanvar-mayında təkcə Qazaxıstandan Azərbaycana $9 mln məbləğində 40,5 min ton mazut ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 14 dəfə çoxdur. Mazutun tonu 220 dollara alınıb. Bu gün Qazaxıstanda mazutun tonu 65-75 dollara təklif edilir. Rusiyada qiymət yüksəkdir - 100 dollar”, Əliyev qeyd edib.

O bildirib ki, daxili bazarda mazutdan istifadənin payının artırılması planı 2013-cü ildə hazırlanıb.

“2015-ci ilin fevralında mazut üçün aksiz 49 dəfə ucuzlaşdırılıb. Məqsəd elektrik enerjisi və istilik istehsalına təzyiqin azalması, elektrik enerjisinin bahalanmasına imkan verməməkdir. İndi mazutun qiymətinin üç dəfə ucuzlaşdırılması elektrik enerjisi istehsalının, eləcə də yüksək istehsal qiymətindən şikayətlənən paylayıcı şirkətlərin rentabelliliyini yüksəldəcək”, Turanın direktoru belə hesab edir.

Əliyev bununla yanaşı elektrik və elektrik enerjisinin, üeləcə də digər neft məhsullarının, benzinin qiymərlərinin aşağı salınacağına inanmır.

“Ölkədə qeyri-neft sektoru inkişaf etdirlməyib. Bu səbəbdən də hökumət büdcənin gəlirlərini neft məhsullarının maya dəyərindən baha satılması hesabına örtmək istəyir”, o qeyd edib.

XS
SM
MD
LG