Accessibility links

Mehman Əliyev: Azad medianın inkişafı konsepsiyası yoxdur [Video-müsahibə]


Mehman Əliyev: Azad medianın inkişafı konsepsiyası yoxdur
please wait

No media source currently available

0:00 0:06:55 0:00

Mehman Əliyev: Azad medianın inkişafı konsepsiyası yoxdur

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Amerikanın Səsinə müsahibəsi

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı verilməsi, ölkədə medianın, söz azadlığının ağır durumu, qəzetlərin satılmasında yaranan problem və vəziyyətdən çıxış yollarından danışıb.

Müsahibədən seçmələr:


- İlham Əliyev toplantıda iştirak edənlərin dostudur. Çünki onlara leqal və qeyri-leqal yardımlar, mənzillər verilir, başqa imtiyazları da var. Buna görə də onlar prezidenti özlərinə dost saya bilərlər.

- Son on ildə medianın durumu pisləşib. Amma, əsasən 1998-ci ildən Azərbaycan mediasının vəziyyəti pisləşməyə başlayıb. 1998, 2000, 2001-ci illərdə mediada çox kritik durum olub. Çox media orqanları bağlanıb, aylarla jurnalistlərin maaşları verilməyib. İki dəfə prezident Heydər Əliyev jurnalistlərlə görüşdü, amma problem həllini tapmayıb.

- Bu gün media hakimiyyətin tam nəzarətindədir. Hakimiyyətin leqal və ya qeyri-leqal dəstəyi olmasa KİV yaşaya bilməz. Bu da medianı asılı vəziyyətə salıb. Yaradıcılıq azadlığı ilə bağlı böyük problem yaradıb və mediada özünüsenzura çox güclüdür.

- Mən o zaman prezident Heydər Əliyevlə görüşdə demişdim ki, media biznesin tərkib hissəsidir. Biznes azad olmadan azad media yaşaya bilməz. Bu çox vacib məsələdir. Hansısa yardımlarla azad medianı saxlamaq, inkişaf etdirmək mümkün deyil.

- Azərbaycanda medianın problemlərini hakimiyyət yaradır və təklif etdim ki, media siyasəti ilə məşğul olan qurum yaradılsın. Sonra Redaktorlar Birliyinin və jurnalist təşkilatlarının iştirakı ilə konsepsiya hazırlandı, amma bu həyata keçirilmədi.

- 2009-cu ildə yaranan Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu ancaq qrantlar verməklə məşğuldur. Konsepsiya və prezident fərmanından irəli gələn vəzifələr həyata keçirilmir.

- Bu gün Redaktorlar Birliyi yoxdur. İndi redaktorlar dövlətdən yardım, mənzil almaq üçün növbəyə düzülüb.

- Ötən il mətbuat köşkləri ilə bağlı monitorinq aparmışıq və həmin köşklərlə məşğul olanları cinayətkar şəbəkə adlandırmışıq. Bakı şəhər İcra Hakimiyyətini köşklərlə bağlı məlumat vermədiyinə görə məhkəməyə vermişik və bu günədək yenə məlumat ala bilmirik.

- Təzyiqlər jurnalistlərin özünəsenzura tətbiqinə işləyir. Döyməklə, təzyiqlərlə jurnalistləri müəyyən mövzulara toxunmamağa məcbur edirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG