Accessibility links

Mehman Hüseynovun işgəncə ilə bağlı apellyasiya şikayətinə baxılır [Video]


Mehman Hüseynovun işgəncə ilə bağlı apellyasiya şikayətinə baxılır
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb

Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri, bloger Mehman Hüseynovun polisdə ona işgəncə verilməsilə bağlı şikayətinə baxılmasına başlanılıb.

Proses hakim Qail Məmmədovun sədrliyilə qapalı rejimdə keçirilir.

Xatırladaq ki, bu il yanvarın 10-da M.Hüseynov onun saxlanması işi üzrə məhkəmədən sonra bildirib ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində işgəncələrə məruz qalıb. Oraya onu mülki geyimli şəxslər yanvarın 9-da axşam Bakının mərkəzində saxlayaraq aparıblar.

Bununla əlaqədar müdafiə tərəfi işgəncə faktının araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət edib. Lakin prokurorluq cinayət işi qaldırmaqdan imtina edib. Müdafiə tərəfi prokurorluğun bu qərarından məhkəməyə şikayət verib.

Martın 28-də Səbayel Rayon Məhkəməsi şikayəti təmin etməyib və müdafiə tərəfi apellyasiya verib.

Birinci məhkəmə instansiyasında məhkəmə çəkişməsinin protokolları vəkillər Fuad Ağayev və Elçin Sadıqova bu gün təqdim edilib.

Protokollarla tanışlıq zamanı müdafiə tərəfi nöqsanlara, qeyri-dəqiqliyə və təhrifə yol verildiyini aşkar edib. Bununla bağlı müdafiə tərəfi öz iradlarını təqdim etmək üçün vaxt istəyib.

Bu barədə Amerikanın Səsinə Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, iradlar təqdim ediləndən sonra iş məhkəmənin münasibət bildirməsi üçün Səbayel Məhkəməsinə göndəriləcək.

Xatırladaq ki, işgəncələr barədə M.Hüseynovun bəyanatı ona qarşı böhtan ittihamı ilə iddia qaldırılmasına səbəb olub. İddiaçı kimi Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev çıxış edib.

M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Bir çox beynəlxalq təşkilatlar M.Hüseynovun barəsində hökmü pisləyiblər və bunu onun bloger və hüquq-müdafiə fəaliyyətinə görə cəza kimi dəyərləndiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG