Accessibility links

Nəsimi Rayon Məhkəməsi Mehman Hüseynovu sərbəst buraxıb [Yenilənib-1] &[Video]


Video bloger Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin "polisin qanuni əmrinə tabe olmamaq" maddəsi ilə saxlanılıb
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Video bloger Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin "polisin qanuni əmrinə tabe olmamaq" maddəsi ilə saxlanılıb

Bu barədə onun vəkili və qardaşı məlumat yayıb

Nəsimi Rayon Məhkəməsi Mehman Hüseynovu sərbəst buraxıb.

“Mən sınmamışam”. Bunu azadlığa çıxan kimi Mehman Hüseynov deyib.

O qeyd edib ki, yanvarın 9-u axşam saatlarında saxlanarkən başına torba keçiriblər. Mehman Hüseynov deyib ki, maşına mindirilərkən fiziki zorakılıqla üzləşib:

“Mən 3 saat başımda torba, üzü aşağı saxladilar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.

Məhkəmənin başlamasına baxmayaraq, jurnalistlər, ictimai fəallar məhkəmə zalına buraxılmır.

Jurnalist Xədicə İsmayıl məəhkəmə zalına buraxılmamasının səbəbini video bloger Mehman Hüseynova saxlanılan zaman hər hansı izlərin olduğunu ehtimal edir.

Jurnalist Xədicə İsmayıl Mehman Hüseynova hər hansı izlərin olmasından narahatdlr
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Video bloger Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin "polisin qanuni əmrinə tabe olmamaq" maddəsi ilə saxlanılıb.

Bu barədə jurnalistlərə açıqlamasında vəkil Elçin Sadıqov bildirir.

Onun sözlərinə görə işə Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahov baxacaq.

Mehman Hüseynovun məhkəməsi
Mehman Hüseynovun məhkəməsi

“Ondan guya bir nəfər şikayət edib. Həmin adam deyib ki, «Torqovı»da işə düzəlməyə gedərkən, yolda Mehman ona çiyni ilə toxunub. Bunun səbəbini soruşduqda onu söyüb. Sonra polis çağırıblar" ,vəkil Elçin Sadıqov deyib.

O bildirib ki, hələ Mehman Hüseynovla görüşə bilməyib:

"Hakim polisə dedi ki, Mehman Hüseynovu vəkillə görüşdürün. Ancaq polis şərait yaratmadı".

Vəkil deyib ki, həmin maddə ilə Mehman Hüseynovu 30 sutka inzibati həbs və ya cərimə gözləyir.

Proses saat 15:00-da başlayacağı gözlənilir.

Məhkəmə binasında olan Amerikanın Səsinin müxbirinin məlumatına görə , jurnalistlər, siyasi fəallar və bir neçə keçmiş siyasi məhbus buradadır, amma hələlik heç kimi məhkəmə zalına buraxmırlar.

İctimaiyyət Mehman Hüseynovun məhkməsinə buraxılmır
please wait

No media source currently available

0:00 0:00:51 0:00

Mehman Hüseynov polisə müqavimətdə günahlandırılır.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

«Mehman Hüseynov hal-hazırda Nəsimi Rayon Məhkəməsindədir. İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamağa görə tutulub. İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov baxacaq»,-deyə vəkil yazır.

Bloqqer Mehman Hüseynovun 22-ci polis bölməsində saxlandığı bildirilib.

Bu barədə vəkil Elçin Sadıqov özünün Facebook səhifəsində yazıb. «Nəsimi polisindən dedilər ki, indi Nəsimi Rayon Məhkəməsinə aparıblar. Gedirəm ora»,vəkil yazıb.

Mehman Hüseynov polisə müqavimətdə günahlandırılır?
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Tanınmış bloger Mehman Hüseynovun yanvarın 9-da yoxa çıxdığı bildirilmişdi. Vəkil Elçin Sadıqov Facebook səhifəsində 6 saat əvvəl yazıb ki, axtarışları hələ nəticə verməyib. O, Amerikanın Səsinə bildirmişdi ki, "bloger Mehman Hüseynovla bağlı axtarışlarım hələ nəticə vermir"

Vəkil növbətçi hissədən Hüseynovun müvəqqəti saxlama yerində olub-olmamasını öyrənilməsini xahiş edib və növbətçidən cavab ala bilməyib.

Sadıqov Bakı şəhər Baş Polis İdarəsi olub və ona deyiblər ki, Mehman Hüseynovun işi həmin idarədə deyil.

Vəkil bloqerin axtarışlarını davam etdirdiyini bildirib.

“Ancaq Azərbaycanda adam itkin düşəndən sonra polis idarələrində tapıla bilər. Mehman Huseynov haradasan? 102-yə (Daxili İşlər Nazirliyinin qaynar xətti) zəng etdim ki, müvəkkilimi oğurlayıblar. Onlardan cavab gözləyirəm...sübh tezdən axtarışları davam etdirəcəm”, o qeyd edir.

Mehman Hüseynovun məcburi mühacirətdə olan qardaşı, Azərbaycanda ofisi bağlanmış Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitunun rəhbəri Emin Hüseynov Facebook səhifəsində (https://www.facebook.com/Sancaq.biz/videos/vb.358369960900079/1346538828749849/?type=2&theater) yaydığı müraciətində qeyd edib ki, Mehman Hüseynov Bakının mərkəzində Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində bir kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub.Tutularkən 4-5 nəfər qolunu burub, bir-iki nəfər isə ağzını tutub. Qoymayıblar səs salsın. Sonra naməlum istiqamətə aprıblar”, o video müraciətində qeyd edib.

Emin Hüseynov hesab edir ki, Mehman Hüseynovu “iqtidarın hansısa zindanxanasına” aparıblar.

Öz növbəsində, hüquq mühafizə orqanları Mehman Hüseynovun harada olması ilə bağlı hər hansı məlumat yaymayıb.

Mehman Hüseynov ölkədə ən çox müraciət edilən blogerlərdən biridir. O son zamanlar bir sıra vəzifəli şəxslərin, o cümlədən nazirlərin, Milli Məclisin deputatlarının bahalı villalarının video görüntülərini sosial şəbəkələrdə yayırdı. Bu videolara yüz minlərlə insan baxır və həmin şəxslərlə, hazırki iqtidarla bağlı kəskin tənqidi firkirlərini yazır.

Bir neçə gün öncə Mehman Hüseynov küçədə gəzərkən bir neçə mülki geyimli naməlum şəxsin hücununa məruz qaldığını və onların əlindən qaça bildiyini yazmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG