Accessibility links

Mehman Əliyev: Qəzet köşkləri bir əldə cəmləşib [Audio]


Turan Agentliyinin direktoru Mehman Əliyev
Turan Agentliyinin direktoru Mehman Əliyev

Son bir ayda Bakıda 41 qəzet köşkü yığışdırılıb. Ölkədə hər 12-13 min nəfərə bir qəzet köşkü düşür

Qəzet köşkləri
Qəzet köşkləri
Bakıda qəzet köşklərinin yığışdırılaraq yenisi ilə əvəz edilməsi prosesi neçə illərdir davam edir. Son günlər isə qəzet yayımı ilə məşğul olan “QASİD” dövlət firmasının köşklərinin yığışdırılması prosesi sürətlə davam edir. Son ayda firmanın 40-dan çox köşkü yığılıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, “Paris köşkləri” adlandırılan yeni köşklərdə faktiki qəzet satışı reallaşdırılmır. “Paris köşklərindən əslində ərzaq mağazası kimi istifadə olunur. Bu köşklərin qeyri-qanuni aylıq icarə haqqı 2000-3000 manatdır”.

Cənab Əliyevin dediyinə görə, yeni köşklərdə tənqidi və müxalifət qəzetlərinin satışı da çətinləşib. “Hazırda bütün qəzet köşkləri bir əldə cəmləşib. Bu sahədə monopoliyadır. İqtidara xoş gəlsin deyə tənqidi və müxalifət qəzetlərinin satışına mane olmaq üçün istənilən əməlləri edirlər”.

O ölkədə hər 12 min nəfərə bir qəzet köşkü düşdüyün bildirib. “Avropada hər iki min nəfərə bir qəzet köşkü düşür və köşklərdə əsasən qəzet və jurnallar satılır. Azərbaycanda isə əksinə hər 12 min damam bir qəzet köşkü düşür və köşklərdə faktiki qəzet satılmır. Məsələn, mənim yaşadığım Buzovna qəsəbəsində 50 min nəfərə bir qəzet köşkü düşür”, – deyə o qeyd edib.

Turanın direktoru problemin həlli üçün qəzet köşkləri ilə bağlı tenderlərin elan edilməsini, monopoliyanın aradan qaldırılmasını vacib sayır.

Mehman Əliyevlə müsahibənin audio yazısına qulaq asın.

Mehman Əliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:06:45 0:00
Direct link

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG