Accessibility links

Mehman Əliyev: Cənubi Qafqazda liberal dəyərlər qalib gəlir [Video]


Turan Agentliyinin direktoru Mehman Əliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:07:49 0:00

Turan Agentliyinin direktoru Mehman Əliyevlə müsahibə

Cənubi Qafqazda problemlər həll edilmədən Şimali Qafqazda problemlər həllini tapmayacaq

Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində Gürcüstanın paytaxtında Cənubi Qafqaz ölkələrinin liberal qüvvələrinin liderlərinin görüşünün nəticələrindən danışıb. Görüşdə Azərbaycanı Müsavat Partiyasının, Gürcüstanı Respublikaçılar Partiyasının, Ermənistanı isə Erməni Ümummilli Hərəkatının nümayəndələri təmsil edib. Forumda Moskva Karneqi Mərkəzinin ekspertləri də iştirak edib.

Cənubi Qafqaz liberal partiyaları əsasən Gürcüstanda parlament seçkilərinin nəticələrini, regional münaqişələri və Rusiyanın regiona təsirlərini müzakirə edib.

Turanın direktorunun sözlərinə görə, Gürcüstan parlamentinə seçkilər avtoritar rejimlərin demokratik rejimlərə transformasiyası dövrünü yaşayan regionda siyasi prosesin inkişafına yeni element gətirib. Siyasətçilər bu elementin Ermənistan və Azərbaycanda seçkilərə təsirini mühüm sayıb.

M.Əliyev deyib ki, siyasətçilər həmçinin görüş formatının genişləndirilməsini qarşıya məqsəd qoyub.

“Cənubi Qafqazdakı problemlər həllini tampayınca Şimali Qafqazdakı problemlər həll olunmayacaq. Böyük Qafqaz dedikdə Cənubi Qafqaz ölkələri ilə yanaşı, Rusiya, İran və Türkiyə də bu forumda təmsil olunmalıdır”.

O hesab edir ki, regionun bütün xalqları liberal dəyərləri dəstəkləyir.

“Bir neçə il öncə Cənubi Qafqazda liberallar yalnız müxalifət partiyaları idi. İndi Gürcüstan Respublikaçılar Partiyası iqtidar partiyasıdır, Erməni Ümummilli Hərəkatı parlamentdə təmsil olunur və Azərbaycan Müsavat Partiyası ölkədə ən öncül müxalifət partiyasıdır”, Turanın direktoru qeyd edib.
XS
SM
MD
LG