Accessibility links

Mehman Əliyev: Ramiz Mehdiyevin çıxışı özünüsenzuranın güclənməsinə xidmət edir [Video-müsahibə]


Mehman Əliyev: Ramiz Mehdiyevin çıxışı özünüsenzuranın güclənməsinə xidmət edir
please wait

No media source currently available

0:00 0:07:49 0:00

Mehman Əliyev: Ramiz Mehdiyevin çıxışı özünüsenzuranın güclənməsinə xidmət edir

Turan İnformasiya Agentliyinin direktorunun Amerikanın Səsinə müsahibəsi

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin media ilə bağlı çıxışına münasibət bildirib.

Amerikanın Səsi: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev jurnalistlərlə görüşündə çıxış edib. Çıxışın əsas strateji məqamları nədən ibarətdir?

Prezident Administrasiyasını Azərbaycan mediasında qeyri-professionallıq çox narahat edir.

Mehman Əliyev: Mən o görüşdə iştirak etməmişəm və görüşün məzmununu mediadan oxudum. Açığı deyim ki, bu gün də Ramiz Mehdiyevin çıxışının bütöv mətni AzərTAc-da verilmişdi. Orada qırmızı xətt keçir: Həmin görüş Azərbaycan mediasının özünüsenzurasının güclənməsinə daha da çox təkan vermək məqsədi güdürdü. Bax bu əsasdı. Burada hədəflər də vardı, - erməni lobbisi ilə iş birliyi, xarici maraqlara xidmət etmək, dövlət maraqlarına qarşı çıxmaq, milli maraqlara zidd hərəkət etmək və sairə kimi ifadələr. Amma bütövlükdə R.Mehdiyevin çıxışı özünüsenzuranın güclənməsinə xidmət edir. Əsas məqsəd bu idi.

Həm də R.Mehdiyev hakimiyyət tərəfindən yaradılmış və himayə olunan medianın müəyyən dərəcədə çərçivədən çıxmasının, özünü “qeyri-professional” aparmasının qarşısını almaq üçün bu çıxışı edib. Prezident Administrasiyasını Azərbaycan mediasında (medianın çoxu hökumətin himayəsindədir) qeyri-professionallıq çox narahat edir. Bu özünü daha çox məlum hadisələr (Qarabağ cəbhəsində və Ermənistan-Azərbaycan sərhədindəki insidentlər) zamanı özünü göstərdi, hansı ki, Mehdiyev çıxışında bunu deyib.

Amerikanın Səsi: Çıxışda hədə notları da var. Məsələn, Ermənistana işləmək, milli maraqlardan çıxış etməmək, xarici mətbuatdan informasiyaları köçürmək, hərbi və dövlət sirrini yaymaq və s. Bu mesajlar beynəlxalq informasiya azadlığı prinsipi ilə nə qədər uyğundur?

Media fəaliyyətində Prezident Administrasiyasının tövsiyələrini həmişə eşitməlidir və bilməlidir ki, üzərində nəzarət var. Əsas məsələ budur.

Mehman Əliyev: Bizdə adətən, ənənəvi olaraq həmişə kimi isə ləkələmək üçün onun haqqında mənfi erməni məsələsindən istifadə olunur, - ermənilərlə iş birliyi. erməni dəyirmanına su tökmək və s.

Ona görə də bu daha çox o tezisləri gücləndirmək, yəni medianı müəyyən bir çərçivəyə çağırma, başa salmaq ki, medianın üzərində Prezident Administrasiyası durur. Media fəaliyyətində Prezident Administrasiyasının tövsiyələrini həmişə eşitməlidir və bilməlidir ki, üzərində nəzarət var. Əsas məsələ budur. İş ondadır ki, çıxışda bir tərəfdən sübut kimi “Azadlıq” radiosunun, “Azadlıq” qəzetinin adını çəkir, amma hökumətin himayəsində olan mediaların adını çəkmir. Deyir siz bilirsiniz ki, kimlərdən söhbət gedir. Onların sayı da çoxdur, kütləvidir və bu medialarda professionallıq problemi də çox ciddi şəkildə özünü göstərir.

İkinci məsələ dövlət orqanlarının mətbuat xidmətlərinin qeyri-qənaətbəxş fəaliyyəti də çıxışda qeyd edilib. Bu onu göstərir ki, bu vaxtadək (2006-cı ildə belə görüş olmuşdu, biz də iştirak etmişdik, orada tövsiyələr də verilmişdi, “İnformasiya azadlığı haqqında” qanun da qəbul edilib, başqa tədbirlər də olub) Azərbaycanda dövlət informasiya siyasəti formalaşmayıb. Söhbət insidentlərdən (Qarabağ cəbhəsində və Ermənistan-Azərbaycan sərhədində) gedirsə, biz gördük ki, dövlət informasiya işini düzgün qura bilmədi. Yəni nə iş birliyi, nə koordinasiya, nə də idarəetmə var. Bu insident bunu göstərdi.

Amerikanın Səsi: Çıxışda konkret rəqəmlərə müraciət edilib. Məsələn, hökumət mediaya 17 milyon manatdan çox vəsait xərcləyib. Bəs medianın ictimai məzmunu nədən ibarətdir. Media beynəlxalq və yerli ictimaiyyəti öz informasiyaları ilə inandıra bilirmi?

Bu gün də boyunlarına alırlar ki, Azərbaycan mediası, birinci növbədə öz himayələrində olan media qeyri-professional fəaliyyət göstərir.

Mehman Əliyev: Siz deyirsiniz 17 milyon manat, bu KİV-ə yardım fondu yaranandan sonra ayrılan vəsaitdir. Bu ancaq açıq rəqəmlərdir. Bəs, qeyri-rəsmi nə qədər ayrılıb? Mən hesablamışam, KİV-ə təxmini ildə 20-30 milyon manat qeyri-rəsmi verilir. Bu qara pullardır və s. Söhbət ondan gedir ki, Azərbaycan mediasının professionallığını standartlara uyğun yüksəltmək üçün onu azad etmək lazımdır. Onu hansısa vəsaitlərlə, yardımlarla, özü də dövlət yardımları ilə tənzimləmək mümkün deyil. Bizdə atalar sözü var: Quyuya su tökməknən quyu dolmur, axı.

Ramiz Mehdiyev dedi 17 milyon ayrılıb. Bəlkə ondan əlavə də bu illər ərzində 170 milyon da qeyri-rəsmi ayrılıb. Nəticə nədir? Bu gün də boyunlarına alırlar ki, Azərbaycan mediası, birinci növbədə öz himayələrində olan media qeyri-professional fəaliyyət göstərir.

Amerikanın Səsi: Cənab Mehdiyev çıxışında Twitter, YouTube, digər beynəlxalq sosial şəbəkələrdən istifadə, o cümlədən Amerikanın Səsi, Azadlıq, BBC-i kimi radiolara istinad etməməyi məsləhət görüb. Buna səbəb nədir? Niyə belə çıxış edir?

Onları bu kimi informasiya vasitələrində Azərbaycandakı durumun tənqidi narahat edir.

Mehman Əliyev: Onları bu kimi informasiya vasitələrində Azərbaycandakı durumun tənqidi narahat edir. Bu insan haqlarına, korrupsiyaya, azad cəmiyyət, azad iqtisadiyyat problemlərinə aid informasiyalardır. 2010-cu ilin oktyabrında Ramiz Mehdiyev öz məşhur məqaləsində yenə də bu problemləri göstərmişdi. Həmin məqalədə medianı BBC, CNN və başqa beynəlxalq media standartlarına uyğun fəaliyyət göstərməyə çağırmışdı. Bundan sonra nə dəyişdi? Bəyəm standartmı dəyişib? Dövlətin himayəsində olan media heç zaman BBC, CNN-nin və başqa beynəlxalq medianın standartlarına uyğun çalışa bilməz. Bu mümkün deyil.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG