Accessibility links

Mehman Hüseynov: Ailəmiz adından İsveçrə hökumətinə təşəkkür edirəm [Video-Müsahibə]


Mehman Hüseynov: Ailəmiz adından İsveçrə hökumətinə təşəkkür edirəm
please wait

No media source currently available

0:00 0:06:20 0:00

Mehman Hüseynov: Ailəmiz adından İsveçrə hökumətinə təşəkkür edirəm

RATİ-nin ölkəni tərk etmiş direktoru Emin Hüseynovun qardaşının Amerikanın Səsinə müsahibəsi

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitunun (RATİ) direktoru Emin Hüseynovun qardaşı, bloger Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində qardaşının İsveçrə səfirliyində saxlanması, İsveçrəyə getməsi və səhhəti ilə bağlı danışıb.

Amerikanın Səsi: Qardaşınız Emin Hüseynov 10 ay İsveçrənin Azərbaycandakı səfirliyinə sığındıqdan sonra nəhayət İsveçrə xarici işlər nazirinin təyyarəsində ölkəni təırk edib. Onun ölkəni tərk etməsi barədə nə deyə biərsiniz?

Eminlə əlaqə saxlamışam, o artıq İsveçrədədir.

Mehman Hüseynov: İlk növbədə ailəmin adından, öz adımdan İsveçrə hökumətinə və İsveçrə səfirliyinə çox sağ olun deyirəm. Bir ölkənin hüquq müdafiəçisini müdafiə edib, onu qoruyub. Bir daha təşəkkürümü bildirirəm. Qaldı ki, Eminin ölkəni tərk etməsinə, bəli Eminlə əlaqə saxlamışam, o artıq İsveçrədədir. Bu günlərdə İsveçrənin xarici işlər naziri gəlmişdi ölkəmizə və Emin onun təyyarəsi ilə ölkəni tərk edib. Deməli, 10 ay o səfirlikdə qalıb. Amma, 10 ay ərzində nə ailəsi ilə, nə mənimlə əlaqə saxlamayıb. Biz çox narahat idik onun səhhəti necədir, nə ilə məşğuldur, nə edir. Dünən də mətbuatda dərc olunub ki, Emin Hüseynov dövlətə borcu olan bütün vergiləri ödəyib və ölkəni tərk edib. Yəni, avqust ayında (2014-cü ilin) prokurorluqda RATİ-yə qarşı cinayət işi qaldırılıb, vergidən yayınmaqla. Yəni, həmin məbləği ödəyib və ölkəni tərk edib. Bir də dünən ən maraqlı məqam o idi ki, Emin Hüseynov vətəndaşlqdan çıxarılıb. Dəqiq xəbərim yoxdur, amma bildiyimə görə Emin müraciət etmişdi və o müraciətə baxılıb. Artıq, Emin bu ölkənin vətəndaşı sayılmır.

Amerikanın Səsi: Emin hələ 2003-cü ildə mitinq zamanı onurğasından və başından zədələr almışdı. O ikinci qrup əlildir. Səhhətində problemlər yaranmayıb, vəziyyəti necədir?

Artıq 4-cü ildir mənə ölkəni tərk etməyə icazə vermirlər.

Mehman Hüseynov: Çox düzgün vurğuladınız, səhhətində çox ciddi problemlər var idi. 2003-cü ildə o jurnalist vəzifə borcunu yerinə yetirərkən Azadlıq meydanında beynindən zədə alıb və bel hissəsi zədələnib. 2003-cü ildən indiyədək hər il o gedirdi xaricə bir-iki ay müalicə alırdı. Yəni, o müalicə mütləq idi. Son aylar stresdən, yorğunluqdan, iş prosesində səhhəti daha da pisləşib. 10 ay səfirlikdə qalmağı da onun üçün ağır bir zərbə idi. Bir insan ki, hər il gedib xaricdə müalicə alırdı, 10 ay bir yerə tərpənməməsi onun üçün çox ağır zərbə idi. İndi, hal-hazırda o İsveçrədə müalicə alır, səhhətində çox ciddi problemlər var. Ən pisi odur ki, o artıq ölkəyə qayıda bilmir. Biz çox istəyərdik ki, ailəmiz, - atam, anam və mən gedib onu ziyarət edək, səhhəti ilə maraqlanaq. 10 ay öz ailəsindən ayrı qalıb. Amma, burada digər problemlər var. Artıq 4-cü ildir mənə ölkəni tərk etməyə icazə vermirlər. Mənim bütün sənədlərimi, - şəxsiyyət vəsiqəmi, xarici pasportumu əlimdən alıblar və heç bir səbəbsiz artıq 4 ildir məni ölkədə girov kimi saxlayıblar. Bu mənim qardaşımla qovuşmağım üçün də bir maneədir. Yəqin qardaşım da orada müraciət edəcək ki, ailə üzvləri ilə görüş üçün şərait yaratsınlar, onu ziyarət etsinlər. Mən də daxili işllər nazirinə müraciət edəcəm ki, bu yaxınlarda şərait yaratsın, qardaşımı qısa müddətli olsa da ziyarət edim.

Amerikanın Səsi: Emin Hüseynov 10 ay İsveçrənin səfirliyində qaldığı müddətdə və indi ailənizə təzyiqlər və təsirlər varmı?

İndi yenə də qardaşımla ailəmiz bir-birimizi görə bilmirik.

Mehman Hüseynov: Emin 10 ay səfirlikdə olarkən ailəmizə hər cür təzyiqlər olub. Mənim özümü 5-6 dəfə oğurlayıb prokurorluğa aparıblar, dindiriblər, valideynlərimi dindiriblər. Bu birbaşa ailəyə təzyiqdir. İndi də bu təzyiq davam edir. Qardaşımı ölkədən didrəgin ediblər. Onu fəaliyyətinə görə ölkədən qovublar. O hüquq müdafiəçisi idi, fəaliyyətinə görə saxta cinayət işi açıblar. İndi yenə də qardaşımla ailəmiz bir-birimizi görə bilmirik. Bu da birbaşa təzyiqdir. Şərait yaratmalıdırlar ki, mənim sənədlərim geri qaytarılsın, xarici pasportum, şəxsiyyət vəsiqəm və ailəmdən əl çəksinlər. Biz qısa müddətdə gedib qardaşımı görə bilək və yenə də öz ölkəmizə qayıdaq. Amma, hələ ki, bu şəraiti yaratmırlarsa deməli, bir növ bizi burada girov sdaxlayırlar.

XS
SM
MD
LG