Accessibility links

Hazirda İsveçrədə məcburi mühacirətdə olan RATİ rəhbəri Emin Hüseymovun qardaşı, Facebook fəalaı Mehman Hüseynov sentyabrın 6-da ASAN Xidmətdə şəxsiyyət vəsiqəsi almaq istəyərkən polia tərəfindən saxlanıb və bir saat saxlanldıqdan sonra azad buraxılıb.

Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu 2014-cü ildə​ Bakı aeroportunda Tbilisiyə getmək istəyərkən alınıb.Oradan onu əli qandallı şəkildə dindirmək üçün polisə aparıblar. Mehman Hüseynov azad buraxılıb, lakin sənədləri geri qaytarılmayıb.

Xatırladaq ki, 2012-ci il iyunun 6-da Hüseynova qarşı xuliqanlıq ittihamı ilə cinayət işi başlanıb.

Bundan sonra o, dəfələrlə saxlanılıb və sərbəst buraxılıb, ölkəni tərk etməsi qadağan edilib.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) qapıları 2014-cü ilin sentyabrında prokuroluq tərəfindən bağlanıb. RATİ direktoru Emin Hüseynov 10 ay İsveçrənin Azərbaycandakı səfirliyinə sığınandan sonra İsveçrə xarici işlər nazirinin təşəbbüsü ilə bu ölkədə məcburi sığınacaq tapıb. RATİ ölkədə insan və media hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış qurumdur.

Bu gün Mehman Hüseynov Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində saxlanılıb. O azad edildikdən sonra Amerikanın Səsinə bildirib ki, saxlanmasının səbəbini izah etməyiblər.

“3 gün qabaq şəxsiyyət vəsiqəsi almaq üçün ASAN xidmətə müraciət etdim. Tələb olunana sənədləri təqdim etdim və dedilər ki, 3 gün sonra gəlib vəsiqənizi götürərsiniz. Bu gün mən ASAN Xidmətdən vəsiqəmi götürmək üçün getmişdim. Administrator xanım dedi ki, vəsiqəniz çap olunub, 5-10 dəqiqə gözləyin. Mən problemin olub-olmamasını soruşdum. Dedi hər hansı problem yoxdur. Bundan sonra polislər gəlib məni 13-cü Polis Bölməsinə apardılar. Orada sistemə daxil olub yoxladılar. Məlum oldu ki,mənə sənəd verilməsinə qadağa qoyulub. Nə üçün qadağa qoyulduğu izah edilmədi. Mən 2012-ci ildə açılmış cinatəy işini aparan müstəniqə zəng etdim. Müstəntiq dedi ki, yalnız ölkədən çıxışıma qadağa qoyulub. Səndələrə qadağa yoxdur. Sentyabrın 7-də məsələni ararşdırmaq üçün Səbael rayon Polis İdarəsinə dəvət etdi. Bununla da məni azad etdilər”, Hüseynov qeyd edib.

XS
SM
MD
LG