Accessibility links

Mehman Hüseynova şəxsiyyət vəsiqəsi vəd edilib


Mehman Hüseynov
Mehman Hüseynov

Hazirda İsveçrədə məcburi mühacirətdə olan Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ rəhbəri Emin Hüseymovun qardaşı, Facebook fəalı Mehman Hüseynova sentyabrın 9-da ASAN xidmət tərəfindən şəxsiyyət vəsiqəsi veriləcəyi barədə vəd verilib.

Bloger avqustun 7-də Səbael rayon Polis İdarəsində müstəntiqlə görüşüb və müstəntiq Hüseynova şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı problemin aradan qaldırldığını bildirib. Buy barədə Amerikanın Səsinə blogerin özü məlumat verib.

Xatırladaq ki, Mehman Hüseynov sentyabrın 6-da ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi almaq istəyərkən polis tərəfindən saxlanıb və sonra azad buraxılıb.

2012-ci il iyunun 6-da Hüseynova qarşı xuliqanlıq ittihamı ilə cinayət işi başlanıb.

Onun şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu 2014-cü ildə​ Bakı aeroportunda Tbilisiyə getmək istəyərkən alınıb. Oradan o polisə aparılıb. Mehman Hüseynov azad buraxılıb, lakin sənədləri geri qaytarılmayıb.

Ona ölkəni tərk etməsi qadağan edilib.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) qapıları 2014-cü ilin sentyabrında prokuroluq tərəfindən bağlanıb. RATİ direktoru Emin Hüseynov 10 ay İsveçrənin Azərbaycandakı səfirliyinə sığınandan sonra İsveçrə xarici işlər nazirinin təşəbbüsü ilə bu ölkədə məcburi sığınacaq tapıb. RATİ ölkədə insan və media hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış qurumdur.

Mehman Hüseynov Amerikanın Səsinə bildirib ki, barəsində açılmış cinayət işi hələ də qapadılmayıb.

“Sentyabrın 9-da şəxsiyyət vəsiqəmi aldıqdan sonra, ümumvətəndaşlıq pasportu almaqla bağlı müraciət edəcəm. Eyni zamanda, barəmdə qaldılmış cinayət işinin qapadılması məsələsini danışacam”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG