Accessibility links

Mehman Hüseynov : Məni 3 saat başımda torba, üzü aşağı saxladılar. Amma mən sınmadım [Videolar]


Mehman Hüseynov jurnalistlərə saxlanılan zaman ona verilən fiziki təzyiqlərdən danışıb

Mehman Hüseynov jurnalistlərə saxlanılan zaman ona verilən fiziki təzyiqlərdən danışıb.

O, deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib:

“Mən özümdən getmişəm. Bir də hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər.”

Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.

Bloqqer məhkəməyə də toxunub.

“Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”

M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG