Accessibility links

Mehri Cəfəri: Sülh heç bir ölkənin zərərinə deyil [Audio-Müsahibə]


Mehri Cəfəri
Mehri Cəfəri

Amerikanın Səsi ilə söhbətdə hüquqşünas və insan haqları fəalı Mehri Cəfəri hazırda Yaxın Şərqdə müşahidə olunan müharibə və zorakılığın bölgənin keçmişi və müasir tarixi ilə sıx bağlı olduğunu deyir. O, “anti-demokratik hərəkatların keçmişə görə artması” və müxtəlif etnik/dini qruplar arasında ksenofobiya (yada qarşı düşmənçilik) baxışlarının güclənməsini zorakılığın artmasında rol oynayan önəmli amillər hesab edir. “Mən əvvəldə deyirəm ki, bu, keçmişə bağlıdır - Soyuq Savaş, hətta müstəmləkəçilik dövrünə qayıdır. Oradan başlamış buraya gəlib,” deyə Londonda yaşayan hüquqşünas söyləyir.

Mehri Cəfəri Yaxın Şərqdəki münaqişənin sosial-siyasi aspektlərini şərh edir
please wait

No media source currently available

0:00 0:18:40 0:00

Mehri Cəfəri keçmişdə bölgənin müxtəlif dövlətləri arasında baş verən müharibələrin bu gün fərqli formada və daxili müharibələr şəklində cərəyan etdiyini önə çəkir.

İranlı fəallar daxili məsələlərdə İslam Respublikasını tənqid edirlər. Amma, mən görməmişəm biri çıxıb desin ki İslam Respublikasının Suriya məsələsinə qarışması nədir... Hətta mən çoxlarının baxışında görürəm ki, təsdiq də edirlər... Biz hər məsələdə həssaslıq göstərmişik, qadınlar, uşaqlar məsələsində. Ama bu həssaslığı göstərməmişik ki bu uşaq fərq etmir mənim uşağımdır, kürd, sünni ya şiə uşağıdır.

“Keçmişdə bizim ölkələr arasında savaş çox olurdu. Amma, indi görürük ki ölkələr arasında döyüşmək azdır, amma bu fitnə və şiddət ölkələrin içində yəni daxili məsələlərində çoxalıb... İndi iki ölkə savaşmaq üçün bir birinə yaxın gəlmir, amma, görürsən ki bir birinin içində olan fitnələr və savaşları gücləndirir... Əslində savaşların forması dəyişilib.”

Bölgə ölkələrində anti-demokratik hərəkətlərin artması və müxtəlif etnik və dini qruplar arasında ksenofobiya/zenofobi baxışının genişləndiyinə diqqət çəkən Mehri Cəfəri bunların zorakılığın artmasında rol oynadığını ifadə edir.

“Tərəflər hamısı özünü haqlı bilir. Sünni-şiə savaşında ksenofobiya və millətçilik baxışı çoxdur. Ksenofobiya, yəni biganədən qorxmaq, ona qarşı savaşa getmək, zehniyyət savaşına getmək - bu, çoxalıb. Yəni, belə olmur ki, məsələn, mənim haqqım yeyilmiş, gedirəm haqqımı alam. Deyir, mən səndən yaxşıyam, mənim soyum, mənim millətim səndən yaxşıdır. Ərəbin sünnisi ya ərəbin şiəsi ya bizim ölkədə məsələn kürdlərlə, hər tərəfdən görürsən özünü yaxşı bilir və bunun təməli bir insani təməl ya ədalət təməli deyil, ksenofobiya ya millətçilik prizmasındandır.”

Mehri Cəfəri bölgədə silah, müharibə və zorakılığa qarşı hər hansı ciddi bir ictimai barış hərəkatının baş tutmasına çox ümidli olmadığını deyir.

“Mən bir yaxşılaşma görmürəm, çox ümidvar deyiləm ki, elə bir hərəkət ola millətlərin içində. 1990-dan buyana müxtəlif təşkilatların şəkillənməsini görmüşük. İndi yoxdur amma, saylarına baxsan bəlkə çoxalıb, hər ölkədə yüzdən, iki yüzdən artıq NGO (qeyri-hökümət təşkilatı), ya hökumətlərarası təşkilatlar görürük,” deyə hüquq müdafiəçisi söyləyir.

Keçmişdə bizim ölkələr arasında savaş çox olurdu. Amma, indi görürük ki ölkələr arasında döyüşmək azdır ama bu fitnə və şiddət ölkələrin içində yəni daxili məsələlərində çoxalıb... İndi iki ölkə savaşmaq üçün bir birinə yaxın gəlmir, amma, görürsən ki bir birinin içində olan fitnələr və savaşları gücləndirir... Əslində savaşların forması dəyişilib.
Mehri Cəfəri

Amma, o, müxtəlif səbəblər üzündən o cümlədən, bu təşkilatların əsasında yerli düşüncə deyil Qərbdən gələn təməllər üzərində qurulduqları üçün uğurlu olmadıqlarını önə çəkir:

“İkinci dünya savaşından sonra biz gördük millətlər necə bir birlərinə yaxınlaşdılar və o insan haqları bəyannaməsi də oradan çıxdı. Təəsüflə biz elə bir hərəkəti Yaxın Şərqdə görmürük. Bir səbəbi də itisadi və mədəni inkişafa hələ çatmadığımızdır. Amma, əsas səbəbi budur ki bu təşkilatların istiqaməti hamısı Qərbdən gəlib. Biz öz aramızdan, öz kültürümüzün içindən belə qurumlar çıxara bilməmişik ki, deyə bilək biz nə bu tərəfdəyik, nə o tərəfdə və bizə insani məsələlər önəmlidir. Çıxıb deyək, bu savaşı qurtarın, gəlin oturun danışın... Qərb ölkələri görürsən ki nə qədər ixtilafları var yenə də otururlar masa başında danışırlar. Gəlin oturub məsələlərimiz haqqında danışaq.”

Cəfəri həmçinin ölkə xaricində fəaliyyət göstərən fəallar o cümlədən, hüquq müdafiəçilərinin öz ölkələrindəki hakimiyyətin başqa ölkələrdəki müdaxiləsinə etiraz etmədiklərini tənqid edir.

“Mən görürəm onlarda bu iradə yoxdur ki öz ölkələrini məhkum etsinlər ki misal üçün sənin Suriyada oynadığın rol nə qədər uşaq ya qadını aradan aparır.. İranlı fəallar daxili məsələlər və müxaliflərin zindana getməsində İslam Respublikasının əməllərini tənqid edirlər. Amma, mən görməmişəm biri çıxıb desin ki İslam Respublikasının Suriya məsələsinə qarışması nədir... Hətta mən çoxlarının baxışında görürəm ki, təsdiq də edirlər... Biz hər məsələdə həssaslıq göstərmişik, qadınlar, uşaqlar məsələsində. Amma bu həssaslığı göstərməmişik ki, bu uşaq fərq etmir, mənim uşağımdır, kürd, sünni ya şiə uşağıdır,” deyə o əlavə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG