Accessibility links

“Mehriban Əliyeva partiyanın irəli sürdüyü namizədi dəstəkləyib”


YAP icra katibinin müavini Siyavuş Novruzov

YAP icra katibinin müavini Siyavuş Novruzov

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Mehriban Əliyevanın prezidentliyə namizədliyi məsələsi ilə bağlı münasibət bildirib

“Media forum” saytının suallarını hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov cavablandırır. Müsahibədə birinci ledi, YAP sədrinin müaqvini, Milli Məclisin deputatı Mehriban Əliyevanın prezidentliyə namizədliyi ilə bağlı gündəmi tutan məsələyə münasibət bildirlir.

- Demokratik Azərbaycan Dünyası Partiyası Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, deputat Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürüb. Bu qərarı necə qiymətləndirirsiniz?

Mehriban Əliyeva həmin qərarları dəstəkləyən insanlardan biri, YAP-ın sədr müavinidir.
- Hamı bilir ki, belə bir partiya yoxdur, fəaliyyət göstərmir. Mən belə bir partiya tanımıram. Nə zamansa belə bir partiya olub, sonra bir neçə yerə parçalanıb, bir qrup şəxs təşkilatdan qovulub. İndi həmin qovulmuş şəxslər bir yerə toplanıb, nəsə deyiblər. Tanınmamış partiya tərəfindən bu cür addımın atılması da absurd məsələdir.

İyunun 7-də YAP qurultay keçirdi. Qurultayda seçkili orqanlar formalaşdırıldı. O cümlədən dövlət başçısı, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Mehriban Əliyeva da həmin qurultayda iştirak edib, partiyanın irəli sürdüyü namizədi, qəbul etdiyi qərarları dəstəkləyib. Mehriban Əliyeva həmin qərarları dəstəkləyən insanlardan biri, YAP-ın sədr müavinidir. Bütün bunlardan sonra belə bir addımın atılması ya həmin şəxslərin düşüncəsizliyinin nəticəsidir, ya da onların təxribatıdır. Yaxud da nəsə əldə etmək istəyində olan insanların siyasi savadsızlıqları ucbatından atdıqları yarınmaq əməllərindən biridir. Onların siyasi savadsızlıqları o səviyyədədir ki, bilmədikləri bir məsələ haqda qərar verirlər. Ona görə də buna fikir vermək lazım deyil.

Təbii ki, bəzi partiyalar, ayrı-ayrı şəxslər buna şərhlər verirlər, hakimiyyətdaxili parçalanma kimi qiymətləndirirlər və sair. Hamısı mənasız mülahizələrdir. Hakimiyyət vahiddir və bir yerdədir.

- Belə bir açıqlama yayılandan sonra YAP hansısa araşdırma aparıbmı? Bu qərarın qəbul edilməsi təxribatdır, yoxsa mənfəət əldə etmək məqsədi daşıyır?

- Bu şəxsi zəmində ortaya çıxan məsələdir və şəxsi mənfəət güdməkdən başqa bir şey deyil.

- YAP rəhbərliyi həmin şəxslərə narazılığını bildiribmi?

Hər bir partiyanın istənilən namizədi irəli sürmək hüququ mövcuddur.
- Azərbaycanda fikir azadlığı var. Biz başqa partiyaya narazılığımızı necə bildirə bilərik? Buna hansı reaksiya vermək olar? Onlar belə düşünüb, belə də qərar veriblər. Hər bir partiyanın istənilən namizədi irəli sürmək hüququ mövcuddur. “Siyasi partiyalar haqqında” qanunda və Seçki Məcəlləsində də bu müddəa var. Burada hansı cinayət əməli, yaxud da qanun pozuntusu var? Heç biri yoxdur. Amma hər bir partiya belə addım atanda götür-qoy etməlidir, fikirləşməlidir. Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi şəxsi zəmində nəsə əldə etmək üçün ortaya atılan məsələdir.

- Siyavuş müəllim, Demokratik Azərbaycan Dünyası Partiyası məsələsi bir neçə ildir gündəmdən düşmür. Təşkilatı gah hakimiyyətin ikinci partiyası, gah Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləmək üçün formalaşdırılan partiya kimi təqdim edirlər. Əslində nə baş verdiyi YAP rəhbərliyinə məlumdurmu?

İkinci partiyaya hansı ehtiyac, zərurət var? Mən bunu başa düşmürəm.
- Mən yaxşı xatırlayıram, vaxtilə kimlərsə prezident İlham Əliyevin adından bu formada istifadə etməyə çalışırdılar. Bu həmin dövr idi ki, cənab prezident hələ Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunmurdu, sədr müavini seçilməmişdi. Müxtəlif partiyalar onun ətrafında spekulyasiyalarla məşğul olurdular. Biri deyirdi ki, bizim partiyaya İlham Əliyev rəhbərlik edir, sonra gənc islahatçılar dəstəsi yaratdılar. Belə hallar mütəmadi olurdu. Bu da həmin hallardan biridir, onun davamıdır. Daha sonra prezidentə yaxın olan insanların, ailə üzvlərinin adından istifadə etməyə, guya hansısa partiyaya prezidentin ailə üzvlərindən birinin rəhbərlik etməsinə dair şayiələr yaymağa başladılar. Həmin partiya sədrləri öz şəxsi mənafelərini güdməkdən ötrü addan istifadə edir. Belə hallar zaman-zaman olub, bundan sonra da davam edəcək. Onlar öz şəxsi maraqlarını təmin etmək istəyirlər. Bu halların iqtidarla heç bir əlaqəsi yoxdur. İqtidarın bir partiyası var. O da YAP-dır. Hakimiyyəti istəyən bütün insanlar YAP-da birləşib. İkinci partiyaya hansı ehtiyac, zərurət var? Mən bunu başa düşmürəm.

- Yəni kimlərsə partiya yaradıb raketçiliklə məşğul olur?

- Bəli, reket qəzetlər olduğu kimi bu da partiya raketçiliyidir.

- Məmməd Əlizadə də Demokratik Azərbaycan Dünyası Partiyasındakı son hərəkətlərin iştirakçısıdır?

Məmməd Əlizadə çoxdan partiyadan uzaqlaşdırılıb
- Məmməd Əlizadə çoxdan partiyadan uzaqlaşdırılıb. Orada bir qadın var, deyilənə görə, sədr odur. Uzun illərdir ki, siyasətlə məşğul oluram, amma bu partiyanı tanımıram. Rəhbərinin, üzvlərinin kimlər olduğunu, nə iş gördüklərini bilmirəm.

- Demokratik Azərbaycan Dünyası Partiyasının hakimiyyətdə olan şəxslərlə əlaqəsi haqqında məlumatınız və ya şübhələriniz varmı?

- Gündəlik siyasətlə məşğul olduğum halda bu partiyanı tanımıramsa, gündəlik fəaliyyəti yoxdursa, hakimiyyətdə hansı dairələrlə, kiminləsə necə əlaqələri ola bilər? Onlar şəxsi maraqlarını təmin etmək üçün özfəaliyyətlə məşğuldurlar.

- Bəzi şərhçilər hesab edirlər ki, Demokratik Azərbaycan Dünyası Partiyasının arxasında hakimiyyətdəki hansısa qruplaşma dayanır. Bu mümkündürmü?

Bunlar mənasız söhbətlərdir.
- Bunlar mənasız söhbətlərdir. Hakimiyyət daxilində heç bir qruplaşma yoxdur. Hakimiyyətdə vahid komanda var. Neçə illərdir bu haqda danışırlar, şərhlər verirlər. Amma hamı görür ki, hakimiyyət komandası vahiddir.


- 2003-cü ilin prezident seçkisində YAP rəsmi qaydada partiya sədri, o zamankı dövlət başçısı Heydər Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmüşdü. Bununla bağlı YAP-ın qurultayında rəsmi qərar qəbul olunmuşdu, mərhum prezident Heydər Əliyevin sənədləri MSK-ya təqdim edilmişdi. MSK-da namizədliyi qeydə alınmışdı. Namizədliyin irəli sürülmə müddətinin başa çatmasına bir neçə gün qalmış Naxçıvanda yaradılmış təşəbbüs qrupu o zaman YAP-da sədr müavini olan İlham Əliyevin
Xeyr, 2003-ün seçkisi başqa məsələdir.
prezidentliyə namizədliyini irəli sürdü. 2013-cü ilin seçkisində də hakimiyyətin oxşar mexanizmlə hərəkət etməsi, YAP-ın rəsmi qərarının olmasına baxmayaraq prezidentliyə YAP sədri, dövlət başçısı İlham Əliyevin deyil, Mehriban Əliyevanın namizəd olması mümkündürmü?

- Xeyr, 2003-ün seçkisi başqa məsələdir. O bizim planlaşdırılmış, planlı şəkildə həyata keçirdiyimiz bir taktika idi.

- Seçkinin hansısa mərhələsində YAP-ın namizədinin dəyişməsi mümkündürmü?

Yerlərdə seçki qərargahları yaratmağa başlanıb.
- Xeyr, qəti şəkildə deyirəm ki, belə bir məsələ yoxdur. Biz bundan ötrü qurultay keçirmişik və qurultay konkret qərar qəbul edib. YAP seçki prosedurlarının həyata keçirilməsi ilə məşğuldur, yerlərdə görüşlər keçiririk, öz strukturlarımızı hazırlayırıq, bu istiqamətdə işlər gedir. Yerlərdə seçki qərargahları yaratmağa başlanıb. O cümlədən imza toplayan şəxslərə, müşahidəçilərə, məntəqə seçki komissiyalarının məşvərət hüquqlu üzvlərinə treninqlər keçirilir. Seçki rəsmən elan olunana qədər seçki prosedurunda iştirak edən 25 min nəfərə treninqlər keçiriləcək, onlar hazırlanacaqlar. Seçicilərlə görüşlər üçün qrafik hazırlanır.

- Bəs niyə prezident İlham Əliyev indiyə qədər namizədliyi haqqında açıq bəyanat vermir?

Bu yaxınlarda Arif Hacılı da birmənalı şəkildə bildirdi ki, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər deyil, başqa şəxs olacaq.
- Dünyanın heç bir ölkəsində namizəd demir ki, mən prezidentliyə namizədəm. Namizədi siyasi partiya irəli sürür. Mən də bununla bağlı şərhləri, yazıları oxuyuram. Bir neçə savadsız şəxs ya qəsdən, ya da bilməyərəkdən belə şərhlər verirlər. O cümlədən İsa Qəmbər belə bir açıqlama verib. Onun partiyada hörməti yoxdur deyə çıxıb özü namizəd olacağını deyir. Özü düşüb ortaya, partiyadan da heç bir səs-səda yoxdur. Bu yaxınlarda Arif Hacılı da birmənalı şəkildə bildirdi ki, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər deyil, başqa şəxs olacaq. Bir şəxs öz təşəbbüsü ilə namizədliyini irəli sürəndə MSK-ya gedir, ərizə ilə müraciət edir və bunu rəsmən elan edir. Namizədin siyasi partiya tərəfindən irəli sürülməsinə isə partiya qərar verir. Bu məsələ hamıya aydındır. Sadəcə olaraq ara qarışdırmaq üçün belə fikirləri ortaya atırlar.

- Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edən zaman namizədliyinin irəli sürülməsi ilə bağlı məsələyə toxundumu?

Prezident İlham Əliyev də namizədliyinin irəli sürülməsinə razılıq verib.
- Təbii ki, toxundu. Qanunvericilikdə prezidentliyə namizədin razılıq ərizəsi anlayışı var. Namizədin razılıq ərizəsi alınır. Namizədin razılığı olmasa, onu necə namizəd kimi irəli sürmək olar? Prezident İlham Əliyev də namizədliyinin irəli sürülməsinə razılıq verib.

- Siyavuş müəllim, Azərbaycanda Rusiya variantı, yəni Putin-Medvedyev yerdəyişməsi variantı ola bilərmi?

- Azərbaycanda bu variant yoxdur. Konstitusiya və qanunlar şəxsin prezidentliyə neçə dəfə namizəd olmasına heç bir məhdudiyyət qoymur. Bir şəxsin dəfələrlə prezident seçilmək hüququ var. Dövlət başçısı İlham Əliyev gördüyü işlərə görə əhalinin təkidli tələbi ilə namizədliyini irəli sürüb. Heydər Əliyev siyasətinin davam etdirilməsi xalqın, YAP-ın 600 mindən artıq üzvünün tələbidir. Bu yol davam etdiriləcək.

- Hüquqşünasların mübahisələndirdiyi məsələlərdən biri də dövlət başçısı İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olmasının hüquqi cəhətdən qanuni olub-olmamasıdır. Söhbət qanunun geriyə qüvvəsinin olmamasından gedir...

Hansı ölkə öz təcrübəsində nəsə yerdəyişmə edib, öz işidir.
- Bununla bağlı konstitusiyada dəyişiklik ediləndə kifayət qədər fikir mübadiləsi aparılıb. Bu məsələ öz həllini tapıb. Qanun qüvvəyə minib. Hər şey öz qaydasındadır. Bu müzakirələrə yenidən qayıtmağın heç bir mənası yoxdur. Seçkidə səs verən xalqdır, prezidenti xalq seçir. Xalqın seçiminə heç kim qadağa qoya bilməz. Hansı ölkə öz təcrübəsində nəsə yerdəyişmə edib, öz işidir. Elə ölkələr var ki, əsas aparıcı sima baş nazirdir, o da on dəfə seçilir. Bu, təyinatla deyil, seçimlə əlaqəli məsələdir.

- Milli Şura prezident seçkisindən sonrakı iki ili keçid dövrü elan edib. Bunu necə qiymətləndirirsiniz?

Mən Milli Şuranı heç bir qüvvə hesab etmirəm.
- Mən Milli Şuranı heç bir qüvvə hesab etmirəm. Ora müxtəlif partiyalardan beş-altı adam, Azərbaycan cəmiyyətində yarıtmaz hüquqşünas, vəkillər, teatr xadimləri, rejissorlar kimi tanınan şəxslər, o cümlədən yarıtmaz partiya sədrləri toplanıb. Deyirlər xalq bizə etimad göstərsin. Xalq sizi də, partiyanızı da yaxşı tanıyır. Əgər xalq partiya sədri kimi indiyə qədər onlara etimad göstərməyibsə, yenidən adını dəyişməklə bunu edəcək? Ona görə də Milli Şura mənasız qurumdur. Yaxın vaxtlarda onlar tamamilə parçalanacaqlar.

- Milli Şura konstitusiyaya dəyişiklik ediləcəyini, Azərbaycanın prezident idarəçiliyi respublikasından parlament idarəçiliyinə keçəcəyini elan edib. Buna ehtiyac varmı və Azərbaycanın parlament idarəçilik sisteminə keçməsi mümkündürmü?

İsa Qəmbər belə ağıllı idisə, niyə Ali Sovetin sədri olanda bunu etmirdi?
- Azərbaycanda konstitusiya kifayət qədər demokratikdir. Hər şey öz yerində və normasında göstərilib. İndi konstitusiyanı dəyişmək istəyənlər 1991-ci ildə deyirdilər ki, indiki Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisidir, həmin respublikanı bərpa edirik. ADR parlamentli respublika idi. İsa Qəmbər belə ağıllı idisə, niyə Ali Sovetin sədri olanda bunu etmirdi? Bəs niyə Xalq Cəbhəsi tələsik prezident seçkisinə getdi, Azərbaycanı parlamentli respublika elan etmədi? İndi konstitusiya islahatından danışırlar.

- Bəlkə zaman çatışmazlığı baxımından bunu edə bilməyiblər...

İctimai Palatanın yol xəritəsi necə həyata keçdisə, Milli Şuranı da eyni aqibət gözləyir.
- Heç də belə deyil. Sadəcə, prezident seçkisi əvəzinə parlament seçkisi keçirilməli idi. Bu şəxslər isə həddindən artıq hakimiyyətə həris idi. İndi də boş-boş komissiya bölürlər, sədrlər təyin edirlər. İctimai Palatanın yol xəritəsi necə həyata keçdisə, Milli Şuranı da eyni aqibət gözləyir. Onların hara keçdiyini, hara tullandığını deyə bilmərəm. Amma onların heç bir planı, xəritəsi həyata keçə bilməz.

- Siz konseptual olaraq bu iki idarəçilikdən hansını üstün sayırsınız?

- Bilirsiniz ki, parlamentli respublikalarda bu sistem özünü doğrultmur. Prezidentli respublikaların idarəetmə üsulu daha məqsədəuyğundur.

- Bütövlükdə Milli Şuranın keçid dövrü üçün nəzərdə tutulan planları, növbədənkənar parlament seçkilərinin keçirilməsi, konstitusiyanın dəyişməsi aktualdırmı?

Özlərinə təskinlik verirlər, qoy danışsınlar.
- Milli Şuranın Yeni Azərbaycan Partiyasının Xocalı təşkilatına bərabər gücü yoxdur. Özlərinə təskinlik verirlər, qoy danışsınlar. Milli Şurada elə bir insan yoxdur ki, intellektual, sosial baza, elektorat və digər məsələlər baxımından Xocalı təşkilatından olan birinin qarşısında tab gətirsin. Xocalı təşkilatı partiyanın ən kiçik təşkilatıdır.

- Uzun illərdir Rusiyada yaşadığına görə mübahisəli məsələlərdən biri də Rüstəm İbrahimbəyovun Azərbaycanda prezidentliyə namizəd olmasının qanuniliyi ilə bağlıdır. YAP necə hesab edir, Rüstəm İbrahimbəyov prezidentliyə namizəd ola bilərmi?

Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyi var.
- Bizim üçün heç bir fərqi yoxdur. Çünki nə ölkə daxilində, nə də xaricində bizim namizədin alternativi yoxdur. Digərləri Azərbaycanda bir faiz səs toplaya bilər. Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyi var. Seçki Məcəlləsində göstərilir ki, ikili vətəndaşlıq öhdəlikdir. Eyni zamanda ölkədə on ildən artıq daimi yaşamaq da namizəd üçün göstəricidir. Bu baxımdan Rüstəm İbrahimbəyovun prezident seçkisinə namizədliyi uyğun gəlmir. Hüquqi baxımdan o, namizəd ola bilməz.

- Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib ki, böyük dövlətlər prezident İlham Əliyevin yenidən namizəd olmasına razılıq verib. Ümumiyyətlə, beynəlxalq ictimaiyyətin İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olmasına münasibəti neçədir?

Azərbaycanda keçiriləcək seçkiyə beynəlxalq reaksiya normaldır. Bütün dövlətlər Azərbaycanda gedən islahatları dəstəkləyir.
- Novruz Məmmədovun elə bəyanatı olmayıb. O qeyd edib ki, Azərbaycan qanunvericiliyi ilə şəxsin bir neçə dəfə namizəd olmasının hamı tərəfdarıdır. Onlar yalnız qeyd edir ki, seçki azad, demokratik, ədalətli olmalıdır. Bizdə də seçki demokratik keçiriləcək. Azərbaycanda keçiriləcək seçkiyə beynəlxalq reaksiya normaldır. Bütün dövlətlər Azərbaycanda gedən islahatları dəstəkləyir, ölkənin iqtisadi inkişafını görür. Təbii ki, gözü götürməyən ölkələr, qurumlar da var. Amma ümumilikdə bütün dövlətlərlə qarşılıqlı münasibətlərimiz yaxşı səviyyədədir.

- Siyavuş müəllim, 2005-ci ildə tutulan, sonradan azadlığa buraxılan prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin yenidən həbs olunmasını necə qiymətləndirirsiniz?

- Bu, hüquqi məsələdir. Bu məsələni hüquq mühafizə orqanları araşdırır.

- Akif Muradverdiyevin qərbi azərbaycanlılar arasında böyük nüfuza malik olması haqqında fikirlər səslənir. Onun həbsi qərbi azərbaycanlıları hakimiyyətdən uzaqlaşdıra bilərmi?

Qərbi Azərbaycanın kifayət qədər ağsaqqalı, hörmətli insanları var.
- Belə şey yoxdur, hamısı yanlış məlumatlardır. Qərbi Azərbaycanın kifayət qədər ağsaqqalı, hörmətli insanları var. Bu gün qərbi azərbaycanlıların hamısı yekdilliklə prezidenti dəstəkləyir.

- Ola bilərdimi ki, Akif Muradverdiyev Milli Şurada Rüstəm İbrahimbəyov, Abbas Abbasovla hansısa formada əməkdaşlıq qurub?

- Azad ölkədə yaşayırıq. Kim hansı partiyada, dərnəkdə birləşmək istəyir, öz işidir.
XS
SM
MD
LG