Accessibility links

Mehriban Zeynalova: Qadınlara qarşı zorakılıqlar artmaqdadır


“Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova
“Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova

2011-ci ildə Azərbaycanda məişət zorakılığı zəminində 135 qadın qətlə yetirilib, 205 qadın isə intihar edib

“Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova qadınlara qarşı məişət zorakılığın Azərbaycanda məişət zəminində qadınlara qarşı zorakılıq hallarının ilbəil artdığını deyib. Buna baxmayaraq, qadınların müdafiə olunmaları üçün polis orqanlarına müraciəti o qədər də çox deyil.

“Buna səbəb milli mentalitetdəki bəzi xüsusiyyətlər, polisdə qadınların sayının az olması və qadınların belə məsələdə kişi polislərə etibar etməməsidir. Məişət zorakılığı zəminində qadın ölümləri, şikəst olmalar və qadınlar arasında intihar halları artıb. Məişət zorakılığı zəminində 2010-cu ildə 109 qadın qətlə yetirilibsə, 2011-ci ildə bu rəqəm 135 nəfər olub. Bundan əlavə, 2010-cu ildə 65 qadın ölümə cəhd edib. Məişət zorakılığı zəminində 2010-cu ildə üst-üstə 324 akt qeydə alınıb ki, bunun 221-i ölüm, 103-ü isə ölümə cəhd faktıdır. 18-25 yaş arasında ölüm faktı 25 nəfər, 26-40 yaşları arasında isə 61 nəfər təşkil edib. Qətlin motivlərinə gəlincə, 41 nəfər namus üstə, 31 nəfər qısqanclıq zəminində qətl edilib. 34 qadın əri, 18 qadın keçmiş əri, qalanları isə qohumluq münasibəti olan kişilər tərəfindən qətl edilib”.

Onun sözlərinə görə, qadınların qətli faktları ən çox Bakıda (63 nəfər), Sumqayıtda (14 nəfər), Gəncədə (5 nəfər), Şəmkirdə (4 nəfər), Astarada (3 nəfər) qeydə alınıb.
İntihar hallarına gəlincə, 2010-cu ildə 128 qadın intihar, daha 52 qadın isə intihara cəhd edib, 2011-ci ildə isə 205 qadın intihar edib, daha 95 qadın intihara cəhd göstərib. İntihar və intihara cəhd edənlərin arasında 18-25, 25-40, 40-60 yaş kateqoriyasına daxil olanlar üstünlük təşkil edir.

Qadınların intihar səbəblərinə gəlincə, M.Zeynalova bunun əksəriyyətini məişət zorakılığına etiraz aktı kimi dəyərləndirib. Bundan əlavə, zorla ərə vermələr də intihar məsələsində önəmli yer tutur.

Xanım Zeynalova bu gün keçirdiyi mətbuat konfransında daha bir maraqlı məsələyə toxunub. Ölkədə milli ailə institutunun dayaqlarının laxladıldığı iddia edilib. Bunun əsas səbəbi kimi qloballaşma prosesi zəminində ölkəyə daxil olan və “vətəndaşlıq statusu” qazanan zərərli meyllər göstərilib. Belə ki, artıq kişilərin çoxunun aliment verməmək, qadını öz mal-mülkünə şərik etməmək üçün rəsmi nikahdan qaçdığı xüsusi vurğulanıb. Hətta bir çoxlarının dünyaya gətirdiyi uşaqlara belə atalıqdan imtina etdikləri qeyd olunub. Birlik rəhbəri məhkəmə vasitəsilə 6 belə faktı tanıtdıqlarını nəzərə çatdırıb.
M.Zeynalova məişət zorakılığı zəminində neqativ halları azalda bilmək və tədricən ən minimum həddə endirmək üçün aidiyyatı rəsmi qurumlarla vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlığını, bu sahədə maarifləndirici tele-proqramlara tələbat olduğunu göstərib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG