Accessibility links

Məhsa Mehdili: Türk Fraksiyasının təsisi ‘azəri kimliyi’ layihəsinin nəticə vermədiyini göstərdi [Audio-Müsahibə]


“Fraksiyanı təbii ki, dəstəkləyəcəyik. Amma dəstəklədiyimiz qədər təqib edib və diqqətli olmalıyıq. Onu doğru analiz etməliyik,” deyə Məhsa Mehdili İran Parlamentində təsis edilmiş Türk Bölgələri Fraksiyasına türk fəalların münasibətini dəyərləndirir. Milli fəal Amerikanın Səsinə müsahibədə Türk Fraksiyasını dəstəkləyən və ona qarşı olan görüşləri şərh edib. O, xüsusilə fraksiyanın adının “sistemin təhmil etdiyi Azəri kimliyini deyil” türk kimliyini əks etdiyini önəmli bir uğur hesab edir.

Məhsa Mehdili İran parlamentində "Türk Fraksiyası" haqda danışır
please wait

No media source currently available

0:00 0:15:37 0:00

Məhsa Mehdilinin sözlərinə görə, fraksiyanın təsisi İran İslam Respublikasının islahatçı və mühafizəkar qanadlarının Azərbaycanda cavab vermədiyini göstərdi:

“Fraksiyanın təsisi göstərdi ki, İslam Respublikasının iki qanadı olan islahatçı və muhafizəkar siyasəti Azərbaycanda cavab vermir... Buna görə biz hər iki qanadın üzvlərini bu fraksiyanın tərkibində görürük.”

Önəmli və müsbət addımdır amma bunun bir tərəfi də Milli Hərəkatı və bizim istəklərimizi kontrol etmək və ona alternativ yaratmaq layihəsi ola bilər.
Məhsa Mehdili

Mehdili türk kimliyinin fraksiyanın adında əks edilməsini böyük bir uğur hesab edir.

Onun sözlərinə görə, “hakimiyyət hiss etdi ki, Güney Azərbaycan mərkəzdə olmaq üzrə bir türklük hərəkatı vardır və sadəcə Güney Azərbaycana məhdud deyil, başqa bölgələrə də təsir qoyur. Bu hərəkatın təməllərindən biri də kimliyini olduğu kimi qəbul etdirməyə çalışmaqdır, rejimin təhmil etdiyi kimliyi deyil. Bu baxımdan çox böyük və tarixi bir başarıdır... Baxdılar ki, Pəhləvi dönəmindən başlayan Azəri kimliyini formalaşdırma siyasəti nəticə vermir...”

Türkiyədə mühacirətdə yaşayan fəal Türk Bölgələri Fraksiyasını dəstəkləməklə bərabər onun fəaliyyətini diqqətlə izləyib və doğru analiz etməyin də gərəkli olduğunu vurğulayır:

Bu hərəkatın təməllərindən biri də kimliyini olduğu kimi qəbul etdirməyə çalışmaqdır, rejimin təhmil etdiyi kimliyi deyil. Bu baxımdan çox böyük və tarixi bir başarıdır... Baxdılar ki, Pəhləvi dönəmindən başlayan Azəri kimliyini formalaşdırma siyasəti nəticə vermir.
Məhsa Mehdili

“Bu, ikiuclu bir bıçaq kimi ola bilər. Önəmli və müsbət addımdır, amma bunun bir tərəfi də Milli Hərəkatı və bizim istəklərimizi kontrol etmək və ona alternativ yaratmaq layihəsi ola bilər. Onu təbii ki, dəstəkləyəcəyik. Amma dəstəklədiyimiz qədər bu layihəni təqib edib və diqqətli olmalıyıq. Onu doğru analiz etməliyik.

Məhsa Mehdili Türk Bölgələri Fraksiyasına qarşı fəaliyyət göstərən İran millətçilərinə işarə edərək onların əsasən türk varlığını bir təhdid kimi gördüklərini önə çəkir.

“Türk Fraksiyasına müxalif olan qüvvələr əsasən türk varlığını və bu adı bir təhdid kimi görürlər. Onların həssasiyyəti türk adınadır... Mən izlədiyim müsahibələr və gördüyüm reaksiyalardan belə düşünürəm ki, misal üçün bunun adı azəri olsaydı bu qədər həssasiyyət yaranmazdı... İranlılıq kimliyi türk kimliyinə düşmənlik üzərində təriflənir. Bu da istər istəməz İran millətçiləri və aydınları tərəfindən mənimsənmişdir,” deyə o əlavə edir.

Türk Bölgələri Fraksiyasının başqanı, Təbriz millət vəkili Məsud Pezeşkiyan
Türk Bölgələri Fraksiyasının başqanı, Təbriz millət vəkili Məsud Pezeşkiyan

XS
SM
MD
LG