Accessibility links

Məhsa Mehdili: Tələbə qadınlar May Qiyamında böyük rol oynadılar [Audio]


Məhsa Mehdili

Məhsa Mehdili

"Bir etiraz ruhu var idi. Bu enerjinin, bu etiraz ruhunun universitetlərdən hərəkata keçməsi çox önəmli idi. Milli-mədəni hüququ məsələlərində tələbələrin bilik səviyyəsi kifayət qədər yüksək idi," güneyli fəal Məhsa Mehdili 2006-cı ilin mayında yaşanan ab-havanı təsvir edir. Həmin vaxt Azərbaycan türkklərini təhqir edən karikaturaya etiraz olaraq təşkil olunan kütləvi etirazlara qatılmış güneyli fəal Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə kütləvi etiraz aksiyalarının dinamikasını şərh edib.

Təhsil aldığı Urmiyə Universitetində baş verən olayları anladan xanım Mehdili müsahibədə xüsusilə qadın tələbələrin rolunu və etirazlara qatıldıqları üçün üzləşdikləri basqılar haqda danışıb. Hazırda Türkiyədə mühacirətdə yaşayan güneyli fəal kütləvi etirazların həyata keçirildiyi günlərdə universitetlərdəki şərait və siyasi fəzanı izah edərək aksiyaların başlanmasında həmin şəraitin buraxdığı təsiri dəyərləndirib.

Xatəmi dönəmində nisbi olaraq açıq fəza yaranmışdı. O, dövrdə də öyrəncilər fəaliyyətləri üzündən basqı görürdülər, amma, bu Əhmədinejad dönəmində olduğu qədər deyildi. Əhmədinejad gələndə məhdudiyyətlər çoxaldı və ödənilən bədəllər ağırlaşdı... Bu durumda universitetdə bir etiraz ruhu var idi. Ayrıca, öyrəncilər Xatəmi dönəmindəki fəzada mədəni ayrı-seçkiliklərlə bağlı daha çox maariflənmiş və mütəşəkkil olmuşdular.

Onun sözlərinə görə, prezident Məhəmməd Xatəmi dövründə universitetlərdə yaranmış nisbi aşkarlıqdan prezident Əhmədinejad dövründəki qapalı şəraitə keçid prosesində ortaya çıxan əhval-ruhiyyə tələbələrin may üsyanında əsas rol oynadı.

“Xatəmi dönəmində nisbi olaraq açıq fəza yaranmışdı. O, dövrdə də öyrəncilər fəaliyyətləri üzündən basqı görürdülər, amma, bu Əhmədinejad dönəmində olduğu qədər deyildi. Əhmədinejad gələndə məhdudiyyətlər çoxaldı və ödənilən bədəllər ağırlaşdı... Bu durumda universitetdə bir etiraz ruhu var idi. Ayrıca, öyrəncilər Xatəmi dönəmindəki fəzada mədəni ayrı-seçkiliklərlə bağlı daha çox maariflənmiş və mütəşəkkil olmuşdular,” deyə Mehdili söyləyir.

Onun dediklərinə görə, “öyrəncilər şəhərlərdən qabaq, məsələnin toplumda yayılmasından qabaq ciddi şəkildə orqanizə olub ciddi etiraz başlatdılar.”

Mehdili həmçinin may etirazları ilə bərabər tələbə fəallar ilə digər fəalların bir araya gəlməsindən danışır.

Kütləvi etirazlarda qadınların, xüsusilə tələbə qadınların rolunu dəyərləndirən güneyli fəal qadınların ictimai mövqeləri səbəbi ilə bir çox hallarda daha artıq əvəz ödədiklərini önə çəkir.

“Mənim oxuduğum Urmiyə Universitetində qadınların həm bildirişlərin hazırlanmasında, həm mitinqin təşkil olunmasında ciddi rolları oldu, həm də ağır bədəl ödədilər. Tutulanlar, universitetdən qovulanlar ya müvəqqəti uzaqlaşdırılanlar oldu.”

XS
SM
MD
LG