Accessibility links

Məşhurlar: Zak Qalifianakis ailə həyatı qurub


İndi, artıq təsdiqləndikdən sonra deyə bilərik ki, aktyor Zak Qalifianakis həqiqətən də uzun müddət sevgilisi olmuş Kuinn Lundberqlə evlənib. Toy mərasimindən ətraflı məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm.

Əvvəla, toy mərasimi deyilənə görə Kanadanın Britaniya Kolumbiyası vilayətində çox məxfi keçirilib və mərasimdə ictimaiyyətə tanış olan çox az adam iştirak edib. Tanıdığmız qonaqlardan “Hangover” filmindən bəyin tərəf müqabilləri Ed Helms və Bredli Kuper mərasimdə iştirak edib. Amma bunu yəqin ki, ehtimal etmək olardı.

Toy mərasimi sadəcə 30 dəqiqə davam edib. Bundan sonra Zak və dostları yerli restorana gediblər. Toy mərasiminə dəvətnamələr iyun ayında göndərilib və indi artıq Zak böyük ailə arzusunu həyata keçirə bilər. Zakın sözlərinə görə o, 15 uşaq atası olmaq arzusundadır. Bu, 42 yaşlı aktyorun ilk nikahıdır.
XS
SM
MD
LG