Accessibility links

Xalq Mücahidləri terrorçu təşkilatlar siyahısından çıxarılmasına çalışır (VİDEO)


ABŞ-ın terrorçu təşkilatları siyahısına salınmış İranın dissident qrupu olan Xalq Mücahidləri son zamanlar diqqət mərkəzindədir. İranda 1979-cu ildə şah rejiminin devrilməsi prosesində rol oynamış marksist-islamçı qrup hazırda İrandan kənarda müxalifət kimi fəaliyyət göstərir.

Xalq Mücahidləri ABŞ-ın xarici terrorçu təşkilatlar siyahısından çıxmaq üçün iki istiqamətdə iş aparır. Bunlardan biri nüfuzlu amerikalılar arasında dəstək qazanmaq, eyni zamanda, Dövlət Departamentinə qarşı məhkəmə işinin açılmasından ibarətdir.

Təşkilat bir neçə il bundan əvvəl terrorizmi qınadığını bəyan edir. Lakin Cortaun univeristeinin professoru Pol Pilların dediyi kimi, çoxları hələ də Xalq Mücahidlərinin qanlı keçmişini unutmur. O deyir ki, 1970-ci illərdə şah dövründə yaranmış marksist-islamçı ideologiyaya əsaslanan bu qrupun ilk əməliyyatları ABŞ-ın İranda hərbi personalı daxil olmaqla, amerikalılara qarşı hücumları əhatə edirdi.

1979-cu ildə İranda İslam inqilabı zamanı Xalq Mücahidləri Ayətullah Xomeyniyə dəstək vermiş və Tehranda ABŞ səfirliyinə hücum etmişdir. Con Limbert səfirlikdə girov götürülən amerikalılarından biri olub. O deyir ki, onlar amerikalıların məhkəməsinin keçirilməsinə və edam olunmasına çağırırdı.

1981-i ildə Xalq Mücahidləri qrupu və ruhani rejim arasında fikir ayrılığı yarandı. Təşkilat İranın prezidenti və baş nazirinin qətlə yetirildiyi əməliyyat hazırladı və bundan sonra onun rəhbərliyi Tehranı tərk edib Avropaya qaçdı.

1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı Xalq Mücahidləri İraqın tərəfində idi.

1986-cı ildə İraqın diktatoru Sədam Hüseyn Bağdaddan şimalda qrup üçün Əşrəf düşərgəsi adlanan anklav yaratdı.

1991-ci ildə Xalq Mücahidlərinə məxsus qüvələr İraqın şimalında küdlərin və cənubda şiələrin üsyanlarının yatırılmasında Səddam Hüseynə yardım etmişdir.

1992-ci ildə aprel ayında təşkilat 13 ölkədə İranın səfirlikləri və İrana məxsus başqa binalara hücumlar təşkil etmişdir.

Birləşmiş Ştatlar 1997-ci ildə Xalq Mücahidləri və başqa 29 təşkilatı “Xarici Terror Təşkilatları” siyahısına salmışdır. Britaniya və Avropa İttifaqı da qrupu terrorçu təşkilatlar siyahısına əlavə etmişdir.

Lakin 2002-ci ildə Xalq Mücahidləri Natanz və başqa şəhərlərdə İranın gizli nüvə obyektlərini aşkar etdiyini bildirmişdi.

Bundan bir il sonra Birləşmiş Ştatlar və koalisiya qüvvələri İraqda Səddam Hüseyn rejimini devirmişdir. ABŞ silahlı qüvvələri Əşrəf düşərgəsinə çatdıqda Xalq Mücahidləri qrupunun əsgərləri tərksilah olunması və terrorizmin qınanmasına dair öhdəlik imzaladı.

Fransa rəsmiləri 2003-cü ildə Xalq Mücahidlərinin lideri Məryəm Rəcəvi və təşkilatın 160 tərəfdarını terror hücumlarının təşkili və maliyyələşdirilməsi ittihamları ilə həbs etmişdir. Rəcəbi sonradan azad edilmişdir.

İraqdakı Ərəf düşərgəsinin sakinləri 2009 və 2011-ci ildə İraq silahlı qüvvələrinin hücumlarından sonra ərazidən çıxarılmışlar.

Təşkilatın amerikalı vəkili Allan Gerson deyir ki, ABŞ-ın Xalq Mücahidlərini xarici terrorçu qrup kimi tanıması sakinlərin çıxarılması prosesinə mane olur.

Xalq Mücahidləri təşkilatı ictimai əlaqələrin genişləndirilməsi məqsədilə nüfuzlu amerikalılar arasında kampaniya aparır.

XS
SM
MD
LG