Accessibility links

Dünyada milyonlarla müsəlman Məkkədə Həcc ziyarətinin başlanğıcı kimi Səudiyyə Ərəbistanındakı Ərəfat dağı önündə dua edib.

Səudiyyə Ərəbistanında rəsmilər təxminən iki milyon müsəlmanın dünyada ən böyük dini mərasim hesab edilən Həcc ziyarətinə gəldiyini deyib.

Zəvvarlar Məhəmməd peyğəmbərin doğulduğu yer hesab edilən Məkkədən onun sonuncu dəfə vəz etdiyi Ərəfat dağına doğru yeriyəcək. Dağın üzərində və ətrafında dua etmək Həccdə müsəlmanlar üçün ən gözəl anlardan hesab edilir. Daha sonra zəvvarlar Mina şəhərində simvolik şeytanı daşlama dini mərasimi keçirəcək.

Həcc İslamda ən qədim və ən müqəddəs dini mərasim hesab edilir.

Bu il Həcci ziyarət edənlərin sayı ötən ilə nisbətən kəskin azalıb. Buna səbəb Səudiyyə Ərəbistanı rəsmilərinin MERS virusundan ehtiyat edərək vizaların sayını azaltmasıdır. Ötən il bu virus Səudiə Ərəbistanında 50 nəfərdən çox insanın ölümünə səbəb olub.
XS
SM
MD
LG