Accessibility links

Meksika ABŞ-ın casusluq fəaliyyətlərinə dair iddialarla bağlı təhqiqat aparır


3.

3.


Meksika hökuməti Birləşmiş Ştatların seçkidən öncə prezident Enrike Pena Nieto və onun sələfi Felipe Kalderonu izlədiyinə dair iddialarla bağlı təhqiqat aparır.

Daxili İşlər naziri Migel Angel Osorio Çonq ABŞ tərəfindən casusluq fəaliyyətləri ilə məşğul olub-olmadığı və Meksika rəsmilərinin bununla əlaqəsi ilə bağlı təhqiqat aparılması haqda göstəriş verdiyini bildirib.

Meksikanın Xarici İşlər naziri Antonio Meade Cenevrədə danışaraq, ABŞ prezidenti Barak Obamanın cənab Pena Nietoya Amerikanın kəşfiyyat məlumatları toplaması ilə bağlı işin bir hissəsi olaraq Meksikanın narahatlıqları ilə bağlı araşdırma aparalıcağına söz verdiyini deyib.

Meade prezident Obamanın söz verdiyi təhqiqatın açıq və geniş şəkildə aparılmalı olduğunu vurğulamaq üçün ABŞ-ın ölkədi səfirini çağıracağını bildirib.

Almaniyanın həftəlik Der Spiegel jurnalı bazar günü ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin may ayından Meksika rəsmilərinin elektron poçt ünvanlarını izldiyinə dair məlumat vermişdi.

Jurnalın yazdığına görə, bu məlumat ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin hazırda Rusiyada yaşayan keçmiş kontraktoru Edvard Snouden tərəfindən açıqlanıb.
XS
SM
MD
LG