Accessibility links

Meksika həbsxanasında iğtişaşlar zəminində 17 nəfər həlak olub

  • Amerikanın səsi

Meksika həbsxanasında iğtişaşlar zəminində 17 nəfər həlak olub

Meksika həbsxanasında iğtişaşlar zəminində 17 nəfər həlak olub

Meksika rəsmiləri Siudad Huarez şəhərində həbsxanada baş vermiş iğtişaş zamanı 17 nəfərin həlak olduğunu və iki nəfərin yaralandığını deyiblər. Polis bildirib ki, dünən Sereso həbsxanasının içərisindən güllə səsləri eşidilib. Norte qəzeti dustaqların bəzilərinin həbsxana qarovulçusu geyimi geydiklərinin ehtimal edildiyini yazıb. Bu arada şəhərin meri Hektor Murquia şəhəri nəzarətdə saxlamaq üçün göndərilən minlərlə federal əsgərin sentyabr ayından başlayaraq geriyə çağırılacağını deyib. Federal əsgərlər 2010-cu ilin əvvəlindən təhlükəsizliyə nəzarət edirlər.

XS
SM
MD
LG