Accessibility links

Meksika Körfəzinə neft axınından bir il keçir


Meksika Körfəzinə neft axınından bir il keçir
Meksika Körfəzinə neft axınından bir il keçir

ABŞ-ın Meksika Körfəzində icmaların ildönümünü bir yerə toplaşaraq təbiətin qorunması üçün maarifləndirmə tədbirləri keçirilir

ABŞ prezidenti Barak Obama deyib ki, Amerika ötən il uzun müddət Meksika Körfəzinə axan neftin təmizlənməsində böyük irəliləyiş əldə edib. Lakin o deyib ki, iş hələ bitməyib.

Cənab Obama 11 nəfərin ölümünə və 85 gün körfəzə neft axınına səbəb olan Deepwater Horizon neft platformasında baş verən partlayışdan bir il sonra bu gün bəyanat verib.

Cənab Obama deyib ki, o BP neft şirkəti və hadisədə rolu olan başqa müəssisələri dəyən zərərə görə məsuliyyət daşıyan tərəf olaraq nəzərdə tutmağa davam edir.

ABŞ-ın Meksika Körfəzində icmaların ildönümünü bir yerə toplaşaraq təbiətin qorunması üçün maarifləndirmə tədbirləri ilə qeyd edəcəkləri bildirilir.

XS
SM
MD
LG