Accessibility links

Meksika Körfəzinə sızan neft Luiziana ştatına çatıb


Luiziana ştatının qubernatoru Bobbi Cindal çərşənbə günü gördüyü çirklənməni “bizim ən çox qorxduğumuz gün adlandırıb”.

Meksika Körfəzindəki sualtı quyudan axan neft artıq Luiziana sahilinə çataraq ABŞ-ın cənub ştatının heyvanlar aləmi üçün təhlükə yaradır.Luiziana ştatının qubernatoru Bobbi Cindal çərşənbə günü gördüyü çirklənməni “bizim ən çox qorxduğumuz gün adlandırıb”.

Aprelin 20-də BP-nin icarə etdiyi neftçıxarma quyusunda baş vermiş partlayış nəticəsində neft dənizə axmağa başlayıb.BP gündə quyudan axan 800 000 litr neftin dayandırılması üçün səyləri davam etdirir.Amerika alimləri deyir ki, az həcmdə neft Florida ştatı və Kuba istiqamətində hərəkət edən su axarına qarışıb.ABŞ Dövlət Departamenti bilidirib ki, ABŞ və Kuba rəsmiləri bunun qarşısının necə alınması barədə danışıqlar aparır.

XS
SM
MD
LG