Accessibility links

Meksika körfəzində neft sızması davam edir


ABŞ rəsmiləri bildirib ki, Meksika körfəzində batmış neft platformasından düşünüldüyündən beş dəfə artıq neft sızır.

ABŞ rəsmiləri bildirib ki, Meksika körfəzində batmış neft platformasından düşünüldüyündən beş dəfə artıq neft sızır.

Çərşənbə günü Sahil Mühafizəsi admiralı Meri Landri müxbirlərə söyləyib ki, Milli Okean və Ətraf Mühit Mühafizəsi (MOƏMM) idarəsi yenicə kəşf olunmuş sızmalar daxil olmaqla, hər gün 795 min litr xam neft dənizə axdığı hesablayıb.

Yeni neft sızması Sahil Mühafizəsinin neftin yayılmasının ətraf mühitə təsirini azaltmaq məqsədi ilə suyun üzərində yanğın yaratdığı zaman aşkar edilib. Rəsmilər bildirib ki, nəzarət altında aparılan yanğın suyun üzərində olan 50 faizdən 90 faizə qədər nefti toplaya bilər.

MOƏMM elmi işçisi bu metodun uğurlu olduğunu söyləyib.

XS
SM
MD
LG