Accessibility links

Meksika körfəzindən sızan neftin ziyanının ümumi məbləği 990 million dollara çatıb


Meksika körfəzindən sızan neftin ziyanının ümumi məbləği 990 million dollara çatıb

Meksika körfəzindən sızan neftin ziyanının ümumi məbləği 990 million dollara çatıb

ABŞ-ın baş prokuroru Erik Holder neft sızmasından dəymiş zərəri müəyyən etmək üçün Meksika körfəzinin ABŞ sahilinə səfər edib.

ABŞ-ın baş prokuroru Erik Holder neft quyusundan sızma nəticəsində təbii fəlakətlə bağlı mümkün cinayət işinin başlanmasından əvvəl dəymiş zərəri müəyyən etmək üçün Meksika körfəzinin ABŞ sahilinə səfər edib.

Cənab Holder kütləvi neft sızması nəticəsində dəyən zərəri müəyyənləşdirmək üçün bu gün Yeni Orleanda federal prokurorlar və dövlət rəsmiləri ilə görüşür.

Vaşinqtonda isə prezident Barak Obama fəlakətin araşdırması üçün yaradılmış müstəqil heyətin həmsədrləri ilə görüşür.

Bu arada, çərşənbə günü BP- neft şirkətinin aksiyalarının qiyməti 15 faiz enib. Şirkət bildirir ki, ziyanın ümumi məbləği 990 million dollara çatıb.

XS
SM
MD
LG