Accessibility links

Meksika donanmasının rəsmiləri bildirirlər ki, qüdrətli Zetas narko-kartelinin rəhbəri Heriberto Laskano şimali sərhəd ştatında atışmada öldürülüb.

Bu arada donanma rəsmiləri Salvador Alfonso Martinez Eskobedonun həbs edildiyini xəbər verirlər. Zetas komandiri 2010-cu ildə Tamaulipas ştatında 72 immiqrantın öldürülməsində günahlandırılır.

Martinez ABŞ-Meksika sərhədindəki göldə cet-ski sürən amerikalı Deyvid Hartlinin öldürülməsində də şübhəli bilinir. O, habelə qətli araşdıran meksikalı polis rəisinin aradan götürülməsində şübhələnilir.

Zetas Meksikanın əsas narko-kartellərindən biri hesab olunur. Bu qrup öz düşmənlərinin başını kəsmək və onlara işgəncə verməklə ad çıxarıb.
XS
SM
MD
LG