Accessibility links

Meksika prezidenti ABŞ-a rəsmi səfərdədir


Meksika prezidenti ABŞ-a rəsmi səfərdədir

Meksika prezidenti ABŞ-a rəsmi səfərdədir

Meksika prezidenti Felipe Kalderon bu gün Ağ Evdə prezident Barak Obama ilə mühacirət və digər məsələlər barədə danışıqlar üçün Vaşinqtondadır.

ABŞ prezidenti Barak Obama və Meksika prezidenti Felipe Kalderon ortaq problemləri birgə həll etməyə və diqqəti iki dövləti birləşdirən məsələlərə yönəltməyə söz veriblər.Rəsmi qarşılama mərasimi zamanı prezident Obama ailə bağları daxil olmaqla ABŞ və Meksikanı birləşdirən digər əlaqələr barədə danışıb. O deyib ki, Meksika ailələri əsrlər boyu ABŞ-da yaşayıb.Prezident Kalderon öz növbəsində Arizona ştatında mühacirət haqda yeni qanunu tənqid edərək, bu ölçünün ABŞ-da yaşayan daha çox meksikalı ailəni kölgədə qalmağa məcbur edəcəyini və onların ayrı-seçkiliklə üzləşməsinə gətirib çıxaracağını söyləib.Mərasimdən sonra iki lider və dövlət katibi Hilari Klinton mühacirət qanununun diqqət mərkəzində olduğu ikitərəfli danışıqlara başlayıb.

XS
SM
MD
LG