Accessibility links

Meksikanın şimalında qaz boru kəmərində baş vermiş yanğın və partlayış nəticəsində ölənlərin sayı təxminən 29 nəfərə çatıb.

Meksika rəsmiləri ABŞ-la sərhəddə yerləşən Reynosa şəhərində, Pemex enerji şirkətində bu gün baş vermiş yanğında 46 nəfərin yaralandığını və bir neçə işçinin itkin düşdüyü deyirlər.

Meksika prezidenti Felipe Kalderon hadisə zamanı xəsarət alan insanlara yardım ediləcəyinə söz verib.

Yanğının dəqiq səbəbinin qeyri-müəyyən olmasına baxmayaraq Pemex şirkətinin rəsmiləri hadisənin bilərəkdən törədildiyini ehtimal etmirlər.

Meksika hökuməti və Pemex şirkəti yanğının səbəblərini araşdırır.
XS
SM
MD
LG