Accessibility links

Meksikada ara seçkilərdə zorakılıqlar qeydə alınıb


Meksika prezidenti Enrique Pena Nieto və onun müttəfiqləri ara seçkilərdə Konqresin aşağı palatasında çoxluğu qoruyub saxlaya bilib.

Bazar günü keçirilən seçkilər zorakılıqlara səhnə olub. Narkotik kartelləri bir neçə namizədin ölümündə günahlandırılırlar.

Prezident dövlət televiziyası ilə çıxışında seçicilərə zorakılıqlara baxmayaraq səsvermədə iştirak etdiklərinə görə təşəkkür edib.

Ara seçkilər adətən az önəmə kəsb etsə də Mühafizəkar Müəllimlərin Həmkarlar İttifaqı və Fəalların Koalisiyasında boşluq bu dəfəki seçkilərə diqqəti daha da artırıb.

Çiapas, Querrero və Oaxaça ştatlarında seçki qutularının oğurlanması və ya yandırılması qeydə alınıb.

Qeydiyatdan keçmiş səkkiz milyon seçici Konqresin aşağı palatasına doqquz qubernator və 100-ə yaxın meri müəyyən etmək üçün səsvermədə iştirak edib.

Bazar günü keçirilən seçki Meksikada ilk dəfədir bitərəf namizədlərə iştirak etmək hüququ verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG