Accessibility links

Meksikada 43 tələbənin üç aya yaxındır polis məntəqəsində yoxa çıxmasına etiraz olaraq bazar ertəsi keçirilən dinc nümayiş gecə yarısı zorakılıqlarla başa çatıb. Maskalı nümayişçilər şəhərdəki biznes idarələrini dağıtdıqdan sonra polislə toqquşub.

Polisin bildirdiyinə görə, dinc nümayiş başa çatdıqdan sonra özünü anarxist adlandıran qırxa yaxın insan mağazaların və restoranların şüşələrini sındırıb, içəridə müştərilərin olmasına baxmayaraq molotov-kokteyli atıb.

Polis qrup paytaxt küçələrində vandalizm törətdikdən bir saat sonra yetişiib. Yerli media 3 nəfərin həbs edildiyini bildirib.

Pedaqoji kollecin 43 tələbəsi sentyabr ayında Querrero ştatının İquala şəhərində yoxa çıxıb. Hökumət bu işdə yerli polisi ittiham edir. Belə ki polis merin xanımının çıxışını pozmağa çalışan tələbələri saxladıqdan sonra onları narko-kartelə təhvil verib. Mer və onun həyat yoldaşı artıq həbs ediliblər.

Lakin meksikalılar suallarına cavab tələb etməkdə davam edir. Məsələ yalnız itən tələbələrlə bitmir, mesikalılar ölkədə baş alıb gedən narkotik qaşaqmalçılığı ilə bağlı 20 mindən çox insanın itkin düşməsi və qanunun aliliyinin təmin olunmaması ilə bağlı narathalıqlarını bildirir.



XS
SM
MD
LG