Accessibility links

Meksikada 35 cəsəd aşkar edilib


Meksikada 35 cəsəd aşkar edilib

Meksikada 35 cəsəd aşkar edilib

Meksika rəsmilərinin bildirdiyinə görə, ölkənin liman şəhəri Verakruzda 35 insan cəsədi tapılıb. Öldürülüən insanların cinayətkar dəstələrlə əlaqəsi olduğundan şühbələnilir. Ölkə prokuroru Renaldo Eskobar cəsədlərin bir hissəsinin ticarət mərkəzi yaxınlığındakı yola atıldığını, digər hissəsinin isə yaxınlıqdakı yük maşınında qaldığını deyib. Cənab Eskobar qətlə yetirilən qadın və kişilərin mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqədə olduqlarını bildirib. Prokurorun hadisə ilə bağlı əlavə məlumat verməməsinə baxmayaraq, bir çoxları qətllərin narkotik qaçaqmalçılıqla bağlı olduğunu düşünür.

Bu arada, Meksika rəsmiləri dünən narkotik qaçaqmalçılğı ilə məşğul olan dəstənin lideri Seul Solis-Solisin həbs edildiyini bildirir. Narkotik qaçaqmalçılığı dəstəsi Templar-a başçılıq edən Seul Soli-Solis ölkənin qərb bölgəsində həyata keçirilən zorakılıqlar, qətllər və insan oğurluqlarında ittiham edilir. Bundan əvvəl hökumət Solisin yerini deyənə 1.1 milyon dollar vəd etmişdi.

.

XS
SM
MD
LG