Accessibility links

Məhbuslar həbsxanadan Zetas narko-kartelinin köməyi ilə qurulmuş tunel vasitəsi ilə qaçıblar

Meksika polisi və hərbçilərinin bildirdiyinə görə 130-dan artıq məhbus barədə axtarış elan olunub. Onlar məhbusların ABŞ sərhəddi yaxınlığında yerləşən tunel vasitəsi ilə qaçdıqlarını bildiriblər. Rəsmilər həbsxanadan qaçışın Zetas narko kartelinin köməyi ilə təşkil olunduğunu bildirib.

Meksikanın şimalında yerləşən Piedras Negras həbsxanasının rəsmiləri bazar ertəsi günü məhbuslar tərəfindən qaçmaq üçün istifadə olunan tunelə daxil olmaq üçün media nümayəndələrinə icazə veriblər.

Meksika rəsmiləri ən az iki nəfərin bazar ertəsi günü polislə silahlı qarşıdurmadan sonra yenidən həbs olunduğunu bildirib.

Meksika hakimi kütləvi həbsdən qaçmaq halına qarşı istintaqın davam etdiyi müddətdə həbsxananın 16 mühafizəçisi və rəsmi şəxslərin 40 gün müddətinə nəzarət məntəqəsində saxlanılması haqda hökm çıxarıb.
XS
SM
MD
LG