Accessibility links

Meksikada jurnalist ailəsi ilə birlikdə qətlə yetirilib


Meksikada jurnalist ailəsi ilə birlikdə qətlə yetirilib

Meksikada jurnalist ailəsi ilə birlikdə qətlə yetirilib

Meksika rəsmiləri deyir ki, köşə yazarı və onun ailəsi Verakruz şəhərində qətlə yetiriliblər. Rəsmilərin məlumatına görə, bu gün səhər Migel Angel Lopez Velaskonun evinə daxil olan naməlum silahlılar onun həyat yoldaşı və 21 yaşlı oğluna da atış açıblar. Hələlik şübhəli qismində heç kəs saxlanmayıb.

Lopez Verakruz şəhərində dərc edilən Notiver gündəlik qəzetində müntəzəm olaraq siyasət və narkətiklə bağlı cinayətlərə dair köşə yazılıları yazır.

Mətbuat azadlığı ilə araşdırmalar aparan qruplar deyir ki, Meksika Amerika qitəsində jurnalistlər üçün ən təhlükəli ölkədir.

2007-ci ildən bəri ölkədə ən azı 40 jurnalist qətlə yetirilib.

XS
SM
MD
LG