Accessibility links

Meksikada polislə mülki vətəndaşlar arasında qarşıdurma olub


Meksikada polislə mülki vətəndaşlar arasında qarşıdurma olub
Meksikada polislə mülki vətəndaşlar arasında qarşıdurma olub

Meksika paytaxtında cinayət törədən dörd adamın təhvil verilməsini tələb edən bir qrup adamla polis arasında qarşıdurma olub. Yüzlərlə qəzəbli insanla qarşıdurma zamanı 11 polis işçisinin yaralandığı bildirilir.

Coajimalpa mahalında polis cinayətkar olduqlarından şübhələnilənləri döyülməkdən və bəlkə də qətlə yetirilməkdən qoruyublar. Dünən həmin bölgədəki sübhəliləri ərazidən çıxarmağa cəhd göstərən polis yerli sakinlər tərəfindən hücuma məruz qalmışdı. Kütləni dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə etmişdi.

XS
SM
MD
LG