Accessibility links

Meksikada şəhər meri qətlə yetirilib


Meksikada şəhərlərdən birinin meri vəzifənin icrasına başladığı günün səhəri qətlə yetirilib.

Gisela Mota silahlı şəxslər tərəfindən Temikskodakı evində öldürülüb.

Morelos ştatının təhlükəsizlik komissarı Hesus Alberto Kapella deyib ki, hücumçulardan ikisi zərərsizləşdirilib, 3-ü isə federal polis və əsgərlər tərəfindən həbs edilib.

Motanın solçu Demokratik İnqilab Partiyası bildirib ki, güclü və şücaətli qadın olan Mota vəzifəsinin icrasına başladığı gün onun kriminallarla mübarizənin ən cəbhədə və birbaşa davam edəcəyini dilə gətirmişdi.

Şəhərin baş katibi Karols Kaltenkonun sözlərinə görə, şəhər hökuməti bəzi şəxslərin Motanın inaqurasiya zamanı söylədiyi nitqdən qorxuya düşdüyünü ehtimal edir.

Temikski Meksikanın paytaxtından 100 kilometr cənubda yerləşir və Kuernavaka şəhəri ilə qonşudur. Kuernavaka mütəşəkkil cinayətkarlar tərəfindən insan oğurluğu və qətllərə səhnə olan kurort şəhəridir.

XS
SM
MD
LG