Accessibility links

Sakit Okean sahillindən qeydə alınan güclə zəlzələ Meksikanın cənubu və Mərkəzi Amerikada 4 nəfərin ölümünə, evlərin, xəstəxanaların bə kilsələrin dağılmasına səbəb olub.

Yeraltı təkanı Rixter şkalası ilə 6.9 bal qeydə alan ABŞ Geoloji Mərkəzi bildirib ki, zəlzələnin episentri Meksikanın Qvatemala ilə sərhədi yaxınlığında Puerto Madero şəhərindən 8 kilometr şimal-qərbdə olub.

Yerli vaxtla səhər saatlarında baş verən zəlzələ nəticəsində evlər dağılıb. Təkanlərın səbəb olduğu topraq sürüşmələri isə elektrik enerjisi kəsintisi ilə nəticələnib.

Zəlzələ əsasən Qvatemalada və Meksikanın Çiapas və Tabasko ştatlarında hiss edilib.

XS
SM
MD
LG