Accessibility links

Meksikada cinayətkar qruplaşmalar fəaliyyətlərini genişləndirir


Meksikada cinayətkar qruplaşmalar fəaliyyətlərini genişləndirir

Meksikada cinayətkar qruplaşmalar fəaliyyətlərini genişləndirir

Meksikanın Querrero ştatının polisi dünən turist şəhəri Zihuatenejoda güllə ilə qətlə yetirilmiş 7 cəsədin tapıldığını bildirib. Yerli qəzetdə qana bulaşmış yarı-çılpaq insan cəsədlərinin küçədəki dirəklərə bağlanmış halda şəkilləri dərc edilib. Cəsədlərin yanında qətl hadisələrinin narkotik alveri ilə tanınan “La-Familia” kartelinin qanadlarından biri olan "Templar Cəngavərləri" qrupu tərəfindən törədildiyinə dair mesajın qoyulub. Bazar günü eləcə də, Meksikanın Sinaloa ştatının Mazatlan şəhərində silahlı şəxsin iki kişini və bir qadını qətlə yetirdiyi deyilir.

XS
SM
MD
LG