Accessibility links

Meksikadakı zəlzələ iki şəhərə böyük təsir göstərib

  • Asgar Asgarov

Verilən xəbərlərə əsasən ən çox zərər Meksikanın Baha Kaliforniya ştatının paytaxtı Meksikalı şəhəri və ABŞ-ın Kaliforniya ştatının Kaleksiko şəhərinə dəyib.

Episenteri Qərbi Meksika –ABŞ sərhədində olan 7.2 bal gücündə zəlzələ ən azı iki nəfərin ölümü ilə nəticələnib.

Verilən xəbərlərə əsasən ən çox zərər Meksikanın Baha Kaliforniya ştatının paytaxtı Meksikali şəhəri və ABŞ-ın Kaliforniya ştatının Kaleksiko şəhərinə dəyib.

Meksikalinin fövqəlada hallar rəsmisi bildirib ki, zəlzələ bir evi dağıdaraq bir nəfərin ölümünə səbəb olub. Yüz nəfərə yaxın şəhər sakini yaralanıb.

O, habelə bildirib ki, Meksikalidə zəlzələ zamanı evindən qaçan bir adamı yolda maşın vurub öldürüb.

Bir milyona yaxın şəhər əhalisi işıqsız qalıb. Zəlzələ elektrik xətlərini yararsız vəziyyətə salıb və yolların dağılmasına səbəb olub.

Kaliforniya ştatının Kaleksiko şəhərinin yanğınsöndürmə departamentinin rəhbəri binalara vurulan zərər haqqında xəbər verib.

XS
SM
MD
LG