Accessibility links

Meksikanın Miçiokan ştatında 21 cəsəd aşkar edilib


Meksikanın Miçiokan ştatında 21 cəsəd aşkar edilib

Meksikanın Miçiokan ştatında 21 cəsəd aşkar edilib

Meksikanın qərbində polisin 21 cəsəd aşkar etditi bildirilir. Cəsədlər Miçiokan ştatının Morelia şəhəri yaxınlığında aşkar edilib. Rəsmilər aşkar edilən cəsədlərin 20-35 yaşlarında kişilər olduqları və bəzilərinin işgəncələrə məruz qaldıqlarını deyirlər. Cəsədlərin bəzilərinin üzərindən “buradakılar oğrular, quldurlar və təcavüzkarlardır, bunun ardı da var” yazılarının olduğu bildirilir.

Qətllərin məsuliyyətini üzərinə götürən olmayıb. Meksikanın narkokit qaçaqmalçılığı ilə məşğul olan La-Familia qrupunun yerləşdiyi Miçiokan ştatı narkotiklərlə bağlı zorakılıqlara səhnə olub.

XS
SM
MD
LG