Accessibility links

Meksiko Körfəzindəki neft axıntısına qarşı səylərdə irəliləyiş var


Müxbirlərlə danışan Sahil Patrul Xidmətinin admiralı Təd Allen deyib ki, son 24 saat ərzində saxlanılan neft gündəlik 11 min barreldən 15 min barrelə çatdırılıb.

Obama administrasiyası deyir ki, Meksiko Körfəzində baş verən nəhəng next axıntısının qarşısını almaq yönümündə göstərilən səylər nəticə verməkdədir. Belə ki, hər gün saxlanılan neftin həcmi bir qədər də artır. Müxbirlərlə danışan Sahil Patrul Xidmətinin admiralı Təd Allen deyib ki, son 24 saat ərzində saxlanılan neft gündəlik 11 min barreldən 15 min barrelə çatdırılıb. Admiral Allen hökumətin körfəzdəki səylərinə rəhbərlik edir. O, deyir ki, su səthində nefti yığan gəmilərin imkanları hələ ki, maksimum səviyyəyə çatdırılmayıb. Neft hələ də quyudan sızmaqda davam edir və ABŞ Geologiya İnstitutu ilə birlikdə Təd Allen körfəzə nə qədər neft axıdlıdığını müəyyən etməyə çalışıldığını deyir.

XS
SM
MD
LG