Accessibility links

Meksikada polislə narkotik karteli arasında qarşıdırma davam edir


Meksika rəsmiləri deyib ki, narkobaronun həbsinə cavab olaraq beş polis zabiti silahlı şəxslər tərəfindən güllələnib.

Polis Associate Press xəbər agentliyinə deyib ki, Mikoakan ştatında federal polis işçilərinə hücum edən silahlı şəxslər Cəngavərlərin Tampliyeri adlı kartelinə çalışdığını deyib.

Yaralı zabitlərdən biri vertolyotla xəstəxanaya aparılıb.

Polis ötən həftə narkobaron Trevino Moralesi həbs edib. Həbs edilərkən ondan səkkiz silah və 2 milyon dollar nəğd pul müsadirə olunub.

Meksikanın qərbində Cəngavərlər Tampliyeri adlı narkotika karteli ilə federal polis arasında döyüşlər ötən həftədən intensivləşib.
XS
SM
MD
LG