Accessibility links

İran rəsmiləri yanğında xəsarət alan şagirdlərin dərman xərcini təmin etməyib


Şinabadlı məktəbli qızlar

Şinabadlı məktəbli qızlar

2012 ilində Qərbi Azərbaycanda yanğında xəsarət alan məktəbli qızlar təhsil nazirliyi önündə aksiya keçirib

İran mediasına istinadən, 2012-ci ilin dekabrında Qərbi Azərbaycan vilayətində məktəbdə baş verən yanğın zamanı xəsarət alan qız uşaqları İranın Təhsil Nazirliyi önündə toplaşaraq nazirliyin onların dərman xərcini təminində əməkdaşlıq etmədiyinə etiraz bildiriblər.

Bu barədə bir çox qəzet o cümlədən Tehranda fəaliyyət göstərən Məşriq adlı internet qəzeti məlumat yayıb.

Etirazlarını nümayiş etdirmək üçün Tehrana səfər edən şagirdlər və ailələrinin mətbuata verdiyi məlumata görə, İranın təhsil nazirliyi dərman və dərman xərcinin təmini istiqamətində onlarla əməkdaşlıq etməyib.

2012-ci il dekabr ayının 5-də, Qərbi Azərbaycan vilayətinin Xana (Piranşəhr) şəhərinin yaxınlığında yerləşən Şinabad kəndində baş verən məktəb yanğını zamanı 30-a yaxın məktəbli qız ağır xəsarət almışdı. Şagirdlərin ikisi daha sonra aldığı ağır yaralar üzündən vəfat etdi.

Əhalisinin əksəriyyəti Azərbaycan kürdlərindən ibarət olan Xana şəhərinin rəsmi adı Piranşəhrdir. Şəhər Qərbi Azərbaycan-İraq sərhəddində yerləşir.

XS
SM
MD
LG