Accessibility links

Azərbaycan məktəblərində dərs başladı


Birinci sinif
Birinci sinif

Bu il birinci siniflərə 141 166 şagird qəbul olunub

Sentyabrın 16-da Azərbaycanda 2013-2014-cü tədris ili başlayıb.

Ölkənin 4515 ümüumtəhsil, 36 dövlət və 15 özəl ali təhsil, onlarla peşə məkətbi qapılarını şagird və tələbələrin üzünə açıb.

Təhsil Nazirliyinin məlumatına görə, bu il birinci siniflərə 141 166 şagird qəbul edilib.

İl ərzində ölkədə 144 yeni məkətb binası, 13 mövcud məktəbdə əlavə tədris korpusu tikilib. 115 məktəb əsaslı təmir olunub.

Bu il təhsil işçilərinin əmək haqqları 10 faiz artırlsa da müəllimlərin aylıq əmək haqqının az olması əsas problem olaraq qalır. Bununla yanaşı ucqar kənd məktəblərində ixtisas üzrə müəllimlər çatışmır.

Əsas problemlərdən biri də məktəb tikintisində korrupsiya hallarıdır. Ekspertlərin hesablamalarına görə, eyni şagird yeri olan, eyni tipli məktəblərin tikintisində vəsait xərclənməsində xeyli miqdarda fərqlər var. İki il öncə prokurorluq orqanları məktəb tikintisində yol verilmiş sui-istifadə halları ilə bağlı cinayət işi başlayıb.

Xatırladaq ki, son 6-7 ildə 2000 çox yeni məktəb, məktəblərdə əlavə korpuslar tikilib, əsaslı təmir olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG