Accessibility links

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Fransa prezidenti Fransua Ollanda məktubla müraciət edib.

Təşkilat Fransa prezidentindən Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri çərçivəsində görüş zamanı fundemental insan haqqlarına toxunulmasını xahış edib.

Təşkilat Azərbaycanda tənqidi səslərin boğulmasını qeyd edərək, son zamanlar bloger Mehman Hüseynovun ifadə azadlığına görə həbs olunmasını xatırladıb.

RATİ həmçinin Azərbaycanda təxminən 150-yə yaxın siyası məhbusun olduğunu bir daha qeyd edib.

Qeyd edək ki, Parisdə səfərdə olan prezident İlham Əliyev martın 14-də Fransa prezidentilə görüşəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG