Accessibility links

Bu Mel Qibsonun qayıdışının başlanması ola bilər. Aktyor Qızıl Qlobus Mükafatı mərasiminə hamilə sevgilisi Rozalind Rozla gəlib. Aralarındakı yaş fərqinə baxmayaraq etiraf edək ki, onlar füsünkar görünür.

Qibson müharibə drama janrında çəkdiyi “Hacksaw Ridge” filminə görə ən yaxşı rejissor kateqoriyasında mükafata layiq görülüb. Qara taksidoda əsil Hollivud ulduzu kimi rəftar edir.

Noyabrda “Hacksaw Ridge” filmi ekranlara çıxdıqdan bəri film 137 milyon dollar dəyərində toplam gəlir gətirib.

Rozun hamilə olması sentyabrda, Gibsonun nümayəndəsinin eksklüziv olaraq People jurnalına Gibsonun doqquzuncu uşağının gəldiyini deməsindən sonra elan edilib.

İçkili şəkildə avtomobil idarə etdiyinə və anti-semit çıxışlarına görə Mel 2006-cı ildən bəri mübahisə mərkəzində olub. Və bundan sonra 2010-cu ildə onun Oksana Qriqorievaya qarşı təhqiramiz ifadələr işlətdiyi qeyd edilmiş səs yazısı yayıldı.

XS
SM
MD
LG