Accessibility links

Məlahət Nəsibova: Müharibənin ən böyük zərbəsi sərhədlərdə yaşayan qadınlara dəyib [Video-Müsahibə]


Məlahət Nəsibova: Müharibənin ən böyük zərbəsi sərhədlərdə yaşayan qadınlara dəyib
please wait

No media source currently available

0:00 0:06:19 0:00

Məlahət Nəsibova: Müharibənin ən böyük zərbəsi sərhədlərdə yaşayan qadınlara dəyib

Hüquq müdafiəçisi region qadınlarının münaqişələrin nizamlanmasında mühüm rolunu qeyd edib. Naxçıvanda təhsilli qadınların sayı kişilərdən çoxdur

Naxçıvan Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova Amerikanın Səsinə müsahibəsində Naxçıvanda və regionda qadın hüquqlarından danışıb. Onun fikrincə, region dövlətlərinin qadınları münaqişələrin nizamlanmasında mühüm rol oynaya bilər.

M.Nəsibova bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da qadınların problemi var.

Naxçıvanda qadınların ən böyük problemi hüquqlarını bilməməsidir.

“Naxçıvanda bir çox kənd yerlərində qadınlar hüquqlarını bilmir. Düşünürlər ki, həyata sadəcə qadın kimi gəliblər, uşaqlarını saxlamalıdırlar. Naxçıvanda qadınların ən böyük problemi hüquqlarını bilməməsidir”.

Hüquq müdafiəçisi Naxçıvanda qadınların müxtəlif sahələrdə çalışdığını deyib.
“Naxçıvanda qadın həkim, müəllim işləyir, ancaq hakimiyyətin yüksək strukturlarında təmsil olunmur. Naxçıvan parlamentinin 45 deputatından yalnız ikisi qadındır”.

Onun fikrincə, Naxçıvanda qadınların təhsilliliyi digər regionlardan daha çoxdur.
Hətta son dövrlər Naxçıvanda ali təhsilli qadınların sayı kişilərdən çoxdur.

“Hər bir ailə qız övladının təhsilli olmasını istəyir. Hətta son dövrlər Naxçıvanda ali təhsilli qadınların sayı kişilərdən çoxdur. Qadınlar öz azadlıqlarını, öz yerini təhsildə görür və elm sahəsində çox önəmli yerlər tutur”.

Naxçıvan İran, Türkiyə və Ermənistanla həmsərhəddir. M.Nəsibova hesab edir ki, İran qadınlarının təhsillilik səviyyəsi yüksəkdir.

İran qadınlarının əsas problemi çadıradır.

“Düşünmürəm ki, İranda qadınların sosial hüquqları, təhsildə, səhiyyədə təmsil olunmağı Naxçıvandan geri qalır. İran qadınlarının əsas problemi çadıradır. Amma biz görürük ki, İrandan Naxçıvana gələn qadınların təhsil səviyyəsi yüksəkdir, dünyagörüşləri çoxdur və inkişafa can atırlar. Onlar da Naxçıvan qadınları kimi azad olmaq istəyirlər”.

Onun fikrincə, Naxçıvan qadınlarının təhsilliyi Türkiyənin bu regionla sərhəd ərazidə yaşayan qadınlarından yüksəkdir.

M.Nəsibova hesab edir ki, region qadınları Ermənistan-Azərbaycan münaqişəsində sülhün yaradılmasında mühüm rol oynaya bilər.

Region qadınları Ermənistan-Azərbaycan münaqişəsində sülhün yaradılmasında mühüm rol oynaya bilər.

“Müharibənin ən böyük zərbəsi sərhədlərdə yaşayan qadınlara dəyib. Onlar övladlarını, həyat yoldaşlarını, evlərini itirib”.

Hüquq müdafiəçisi bildirib ki, hazırki zamanda ümumilikdə iki ölkə qadınları arasında əlaqələrdən danışmaq olmaz.

“Amma ayrı-ayrı hallarda təşkilatlar arasında əlaqələr olur. Məlumdur ki, Ermənistan qadınları da müharibənin əleyhinədir. Onlar da bölgədə sülh və sabitlik istəyir. Bu baxımdan qadınlar, analar bölgədə müharibələrin dayandırılmasında, sülhün yaranmasında çox işlər görə bilər və görməlidir”.

Sadəcə Naxçıvanda ailədə kişi hegemonluğu mövcuddur.

Hüquq müdafiəçisi hesab edir ki, Naxçıvanla paytaxt qadınları arasında elə də böyük fərq yoxdur.

“Təhsillilik, dünyagörüş baxımından Azərbaycanda regionlarla paytaxt arasında fərq yoxdur. Sadəcə Naxçıvanda ailədə kişi hegemonluğu mövcuddur. Bu isə bəzi hallarda qadınların intellektual inkişafının qarşısını alır”, o qeyd edib.
XS
SM
MD
LG